Dünya
Yoxa çıxan təyyarəni yadplanetlilər oğurlayıb?
Yoxa çıxan Malayziyaya məxsus hava layneri barədə daha
bir iddia yayılıb.
Məlum olduğu kimi, bu təyyarə yoxa çıxan gündən dünyanın çoxsaylı
media quruluşları onunla bağlı minlərlə xəbər yayıblar.
ANS PRESS-in məlumatına görə, bu il martın 8-də yoxa çıxan həmin
təyyarənin başqa planetlilər tərəfindən oğurlanması ilə bağlı yeni
iddialar yayılıb.
Artıq 6 aydır bir izinə rast gəlinməyən müəmmalı təyyarənin
yadplanetlilər tərəfindən qaçırıldığı bildirilir. “Galactik
Connection” adlı internet saytında yadplanetlilərlə müsahibə
hazırladığını iddia edən şəxs itmiş təyyarənin onlar tərəfindən
qaçırıldığını vurğulayıb.
“Təyyarəni boş yerə axtarmayın. Ortada heç bir qəza hadisəsi
yoxdur. Təyyarəni qaçıran bizik.” – deyə müsahibədə
yadplanetlilərin dilindən verilən açıqlamada yazılıb.
Təyyarədə olanların təhlükəsiz bir şəkildə yaşadıqları və dünya ilə
müzakirəyə gəlmək ehtimalının olduğu da iddialar arasındadır.
Yadplanetlilərin insanlara zərər vermək istəmədiyi, sadəcə xüsusi
bir ismarış göndərmək istədikləri bildirilir.
Xatırladaq ki, martın 8-də Malayziyanın paytaxtı Kuala-Lumpur
şəhərindəki beynəlxalq limandan səmaya qalxaraq “MH370” reysi ilə
Pekinə uçub. Lakin uçuşun 2-ci saatında təyyarə radarlardan itib.
Yoxa çıxmış təyyarədə 227 sərnişin və 12 nəfər heyət üzvü
vardı.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK