• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Porno ulduzu ilə "tanınan" ölkə

  • Dünya
  • 13 Sentyabr 2014 08:59
  • 920 Baxış
Porno ulduzu ilə "tanınan" ölkə

"Bu Ermənistan dünyanın harasındadır, axı?” Ölkənin prezidenti Serj Sarkisyan ümid edir ki, gələcəkdə bu suala mümkün qədər çox adam düzgün cavab verə biləcək.

Publika.az-ın məlumatına görə, Sarkisyan ölkəsinin qarşılaşdığı bərbad iqtisadi vəziyyəti düzəltmək üçün və investorların cəlb olunması məqsədilə xaricdə yaşayan 10 milyon erməninin internetlə reklam kampaniyasına səfərbər edilməsinə çalışır.

“Bir erməni – bir məqalə” adlanan kampaniyada soydaşlardan ölkə haqqında müsbət məqalələr yazmaq xahiş olunur.

Prezident Sarkisyan və bu kampaniyanın arxasında olan digər şəxslər deyirlər ki, ölkə ciddi təbliğ olunmalıdır, çünki bir çox insanlar onun haqqında çox az bilgiyə malikdirlər.

Bəs əslində, insanlar hazırda Ermənistan haqqında nə bilirlər?

BBC müxbiri Londonda insanlara bu sualla yaxınlaşdıqda gözlənilən baş verir.

London yay aylarında turistlə dolu olur, odur ki, dünyanın müxtəlif yerlərindən gəlmiş onlarca qonağın qabağını kəsib Ermənistana dair bilikləri barədə ayaqüstü qeyri-rəsmi müsahibələr almaq kifayət qədər asandır.

Səudiyyədən gəlmiş cütlük Ermənistan haqqında eşidib, lakin bildirkləri budur ki, ölkə Asiyada yerləşir. Bir danimarkalı qadın isə deyir ki, onlar öz ölkələrində Ermənistan haqqında heç nə eşitməyiblər.

Ən maraqlı cavabı isə Amerikadan ailəsi ilə istirahətə gəlmiş bir kişi verir: “Orada bütün adamların soyadı “yan”la bitir.

Onun xanımı dərhal izah edir ki, əri bunu məşhurlardan Kim Kardashianın soyadına əsasən deyir.

Söhbət olunan adamlardan Ermənistana müttəfiq ölkənin üzvü, yalnız bir parisli qadın Ermənistan barədə məlumatlı idi, çünki paytaxt İrəvana səfər etmişdi. “Bu balaca bir ölkədir və xalqı çox məşəqqətlər çəkib” – deyə o bildirib.

Müsahibə qeyri-rəsmi olsa da, prezident Sarkisyanın və onun həmvətənlərinin üzləşdiyi problemin böyüklüyünü aşkara çıxarır.

Erməni millətinin indi ən tanınmış siması özünü ev porno videosu ilə məşhurlaşdıran hazırda isə bədəninin müxtəlif yerlərini açaraq gündəmdə qalmaq istəyən, atası erməni anası isə şotland olan Kim Kardaşyandır.


BBC

Xəbər lenti

DAHA ÇOX XƏBƏR