Terror törətməkdə şübhəli bilinənlər həbs edildi
Bizi izləyin

Dünya

Terror törətməkdə şübhəli bilinənlər həbs edildi

Çilidə silsilə partlayışlar törətməkdə şübhəli bilinən şəxslər həbs edilib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, həftə ərzində ölkədə üç terror aktı qeydə alınıb.

İlk partlayış həftənin bazar ertəsi Santyaqoda “Hərbi şəhər” metrostansiyasının yaxınlığındakı kafelərin birində baş verib.

Daha sonra ölkənin daha bir şəhərində - Vinya Del Marda ticarət mərkəzlərində partlayışlar törədilib.

Ümumilikdə terror aktları nəticəsində 17 nəfər xəsarət alıb.

Həftə ərzində polis terror aktını həyata keçirənləri axtarıb. Nəhayət, bu gün gecə Antofaqast vilayətində partlayışları törətməkdə şübhəli bilinən 3 nəfər həbs edilib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm