• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ukrayna üçün “Marşall planı”

  • Dünya
  • 13 Sentyabr 2014 11:06
  • 396 Baxış
Ukrayna üçün “Marşall planı”

Avropa Birliyi Ukrayna üçün "Marşall planı”nı yaradıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Estoniya prezidenti Tomas Hendrik İlves bildirib.

Ukrayna və Avropa Birliyi arasındakı assosiasiya haqqında razılaşmanı “Marşall planı” ilə müqayisə edən prezident gələn həftə eyni zamanda Ali Rada və Avropa Parlamentində razılaşmanın təsdiq olunacağını deyib.

"Marşall planı”nda Avropa üçün maliyyə yardımı və Amerika bazarının Avropa malları üçün açılmasından söhbət gedir. Ukraynaya söz verilən 12 milyard avro Avropa Birliyinin indiki çətin vəziyyətini nəzərə alaraq maliyyə yardımının böyük paketidir.

Ümumi halda, Ukrayna və Avropa Birliyi arasında assosiasiya haqqında razılaşma bu “Marşall planı” ilə eynidir. Axı Ukrayna və Avropa Birliyi arasında assosiasiya haqqında razılaşma Avropa bazarının Ukrayna mallarına açılmasını nəzərdə tutur", - İlves deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR