• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Xilafət yaradan İŞİD-lə bolşeviklər arasında paralellər –TƏHLİL

  • Dünya
  • 13 Sentyabr 2014 12:29
  • 1 469 Baxış
Xilafət yaradan İŞİD-lə  bolşeviklər arasında paralellər –TƏHLİL

Cəmi 30 min döyüşçüsü olan İraq İslam Şam Dövlətinə qarşı ABŞ kimi hegemon bir dövlət də təkbaşına müharibə etməyə ürək etmir, koalisiya yaradır.

Koalisiyaya qoşulan bəzi dövlətlər isə bildiriblər ki, quru əməliyyatlarında iştirak etmək niyyətində deyillər. Amma onlar havadan endirilən zərbələrdə yardımçı olacaqlar.

Maraqlıdır, İŞİD sıralarını ABŞ-a müharibə elan etməsi heç də seyrəltmir. Əksinə, ona qoşulanların sayı artır. Bunun səbəbi nədir? Necə olur ki, başlarını bit basmış, o qədər də yaxşı silahlanmayan İŞİD yaxınlaşan kimi İraqın 60 minlik, ABŞ tərəfindən öyrədilmiş, silahlandırılmış ordusu qorxub qaçdı? Bəzi ərəb ölkələrinin şeyxlərini isə bu təşkilatın adı gələndə tər basır. Niyə?..

Əslində, xilafət ideologiyası ilə bolşevik ideologiyası arasında oxşarlıq var. Fərq ondadır ki, marksizm-leninizm sinfi mübarizəni ön plana çəkir. Xilafət ideologiyası isə kasıb, dindar zümrənin Qərb dəyərlərinə və sivilizasiyasına nifrətinə hesablanır.

İŞİD tərkibində Avropadan gəlmə xeyli insan var. Bunlar miqrant uşaqlarıdı. Onlar körpəlikdən öz avropalı həmyaşıdlarına qibtə ilə baxıblar. Miqrantlar kasıblıqdan boğularkən yerlilər yağ-bal içində, kriminaldan, narkotikdən uzaq həyat sürüblər. Bu, miqrant uşaqlarında qıcıq yaradırdı.

Xilafət ideyası isə cəlbedicidir. Əbu Bəkr Bağdadi çıxışlarında deyirdi: “Allah bütün dünya torpaqlarını müsəlmanlara verib. GEDİN, ALIN.”

Xilafətin tərkibi də beynəlmiləldir. Ərəblərə, türklərə, çeçenlərə, azərbaycanlılara, ümumiyyətlə, islamı qəbul edən istənilən şəxsə, xüsüsən də Avropadan gələn miqrantlara burada yer tapılar.

Bu, bilirsiz nəyi xatırladır? Qızıl Ordunu.

Yada salaq, axı Qızıl Ordunun da əsasını latış atıcıları təşkil edirdi. Sonradan bütün Avropadan Komintern briqadaları dünyada inqilab etmək arzusuyla Rusiyaya axışmışdılar.

Bolşeviklər də terrorla başladılar. Kütləvi edamlar, xalq düşmənləri, düşərgələr, sinfi genosid...

Xilafət də eyni şeyi edir. İndi başqa dindən olanlar və şiələr öldürülür. Kütləvi edam, baş kəsmə səhnələri İŞİD-in vizit kartına çevrilib.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR