Baş nazir Putinin son məqsədini açıqladı
Bizi izləyin

Dünya

Baş nazir Putinin son məqsədini açıqladı

Rusiya prezidenti Vladimir Putin Moldovanın Dnestryanı ərazisinə Odessa vasitəsilə dəhliz yaratmaq istəyir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna baş naziri Arseniy Yasenyuk Kiyevdə keçirilən “Yalta Avropa Strategiyası”nın 11-ci illik konfransında deyib.

Baş nazir ifadə edib ki, bütün Ukraynanın tutulması Rusiya prezidentinin son məqsədidir.

“Putin həmçinin Donbas hövzəsində dondurulmuş münaqişə, Dnestryanı əraziyə Odessa vasitəsilə dəhliz yaratmaq istəyir. Krımın zəbt edilməsi Putinin planının birinci mərhələsi idi. Bütün Ukraynanın tutulması isə Rusiya prezidentinin son məqsədidir. O, Sovet İttifaqını bərpa etmək istəyir və Ukraynanın Avropa cəmiyyətinin bir hissəsi olacağı ilə barışmaq istəmir”, - A.Yasenyuk söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm