• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Putin qalib gəldi? – Əksini sübut edəcək 11 fakt

  • Dünya
  • 13 Sentyabr 2014 14:47
  • 560 Baxış
Putin qalib gəldi? – Əksini sübut edəcək 11 fakt

Krımın tutulması və Ukrayna hakimiyyətinin ölkənin şərqində qarşılaşdığı məğlub vəziyyət fonunda Rusiyanın qalib gəldiyini iddia edənlər kifayət qədərdir. Amma bunun əksini düşünənlər də var.

Publika.az-ın verdiyi xəbərə görə, Polşanın “TVN24” telekanalı Rusiya prezidenti Vladimir Putinin həyata keçirmək istədiyi planların uğursuzluğundan danışıb.

“Krımın zəbt edilməsi, Donbas hövzəsindəki müharibə, Qərblə ticarət müharibəsi. Təcavüzkar siyasət Vladimir Putinə həmyerlilərin dəstəyini qazandırır, amma Qərb hesab edir ki, bu yalnız uzun münaqişənin başlanğıcıdır. Rusiyanın keçmiş baş nazir müavini, hazırda müxalifətin liderlərindən olan Boris Nemtsov deyir ki, Putinin hədəflərinə çatmadı, əksinə vəziyyətini pisləşdirdi”, - Polşa telekanalı bildirir.

“TVN24” telekanalı qeyd edir ki, Putinin hamıya qalib gəldiyi ilə bağlı təşviqat aparılır. Amma telekanal bunun əksini sübut etmək üçün fikirlərini aşağıdakı şəkildə göstərib.

1.Putin istəyirdi ki, Ukrayna heç bir bloka qoşulmayan neytral ölkə kimi qalsın. Nəticə isə odur ki, Ukrayna NATO-ya istiqamətlənib. Ölkə ərazisində ittifaqın ölkələrinin orduları ilə birgə təlimlər keçirilir. Bundan başqa Kiyev Ukrayna ordusu üçün Qərb silahlarını alacağını bildirdi.

2.Putin Şimali-Atlantik İttifaqını zəiflətmək istəyirdi. Nəticədə isə NATO güclənir, Qərb ölkələrinin hərbi büdcələri artır.

3.Putin Avropa və Amerika arasındakı münasibətləri pozma istəyirdi. Amma onun təcavüzü qarşısında Qərb ölkələri birləşdilə. Sanksiyalar isə sinxron qəbul edilir.

4.Putin Ukraynanın şərq və qərb regionları arasında ayrılığı gücləndirmək istəyirdi. Nəticədə isə vahid siyasi millət (Donetsk və Luqansk vilayətlərindən başqa) yarandı. Prezidentliyə namizəd Poroşenko ilk dəfə prezident kampaniyası gedişatında ölkənin bütün regionlarında qalib gəldi. Putinin müdaxiləsinə qədər Ukraynanın qərbi bir namizədə, şərqi isə başqa namizədə səs verirdi.

5.Putin istəyirdi ki, Ukrayna Gömrük Şurasına daxil olsun. Nəticə isə budur ki, bu heç vaxt olmayacaq. Ukrayna Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanı imzalayıb.

6.Putin Donetskdən Odessaya qədər “Novorossiya” kukla dövlətini yaratmaq istəyirdi. Nəticə isə budur ki, hazırda Donetsk və Luqansk vilayətlərinin kiçik bir hissəsinə nəzarət edir.

7.Putin Rusiyanın dünyada təsirini gücləndirmək istəyirdi. Nəticə isə budur ki, Rusiya dünyadan sanksiyalarla birlikdə atılmış oldu.

8.Putin ərzaq sanksiyaları ilə Qərbi cəzalandırmaq istəyirdi. Amma rus xalqını cəzalandırdı. Məhsulların qiyməti artdı, əksinə Qərbdə aşağı düşdü.

9.Putin Kiyevdə özünə Yanukoviç hakimiyyəti kimi loyal hakimiyyət qurmaq istəyirdi. Amma yeni hakimiyyət 100 faiz antiputin oldu.

10.Putin istəyirdi ki, Ukrayna xalqı ona hörmət etsin. Amma…

11.Putin Avrasiya İttifaqının genişlənilməsini istəyirdi. Amma Avropa İttifaqı genişləndi. Onun Rusiyaya rəhbərlik etdiyi illərdə Avropa İttifaqına 13 ölkə daxil oldu. Qazaxıstan belə Putin Rusiyasının himayəsi altından çıxmaq barədə fikirləşir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR