Dünya
Rus siyasətçidən etiraf: “Maydan Krımda da olacaq”
Krımda Maydan mümkündür, lakin o Kiyevdəkindən fərqlənəcək”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Kommunist Partiyasının Krım şöbəsinin sədri Leonid Qraç çıxış edib.
Krımda yetərincə problemin olduğunu deyən Qraç seçkilərdən sonra əhalinin etiraz edəcəyini bildirib:
“Seçkilərinin nəticələrinə görə əhali etiraz edəcək. Krımda Maydan olacaqmı?! Bunu ancaq zaman göstərəcək. Seçkinin ilkin mərhələsində əhali o qədər də reaksiya verməyəcək. Seçkilərin nəticələrinə 2-3 ay sonra reaksiya veriləcək. Kiyevlə yanaşı Krımı da çətin qış gözləyir. Çünki Krımda elektrik, su və digər problemlər mövcuddur”.
Xatırladaq ki, Rusiyada 14 sentyabrda yerli seçkilər keçiriləcək. Rusiyanın özünə birləşdirdiyi Krım və Sevastopol da daxil olmaqla, 50 milyon seçicinin yaşadığı ərazidə yerli parlament, bələdiyyə başçısı və köməkçiləri seçiləcək. Bununla da 3 bələdiyyə başçısı, 30 yerli idarəçi, 680 yerli məclis üzvü yenilənəcək.
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Hadisə17:32
Bakıda bazar yanır - Yeniləndi
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?