”Sanksiyalarla üzləşməyimlə fəxr edirəm” – Video
Bizi izləyin

Dünya

”Sanksiyalarla üzləşməyimlə fəxr edirəm” – Video

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski adının Qərbin tətbiq etdiyi yeni sanksiyalara salınmasından fəxr etdiyini dilə gətirib.

Axar.az xəbər verir ki, qalmaqallı siyasətçi bu sözləri Rusiyanın“Layf Nyus” və xarici telekanallarının suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, adı onsuz da həmişə Avropa Birliyinin açıqladığı sanksiyalar siyahısında olub:

“Mənim yerim Moskva və Böyük Rusiyadır. Buradan da bir yana getmək fikrim yoxdur. Buyurub sanksiyalarını tətbiq etsinlər, axı dünyanın digər ölkələrində nə mülküm, nə də pulum var. Avropa ölkələri bu hərəkətləri ilə faşist düşüncəli rasist olduqlarını sübut edirlər. Qərb Rusiyanın keyfiyyətli xammalını dayşıyır, talan edir, əvəzində kimyəvi tərkibli məhsullar sırıyır. Asın, dəmir sədləri yenə asın, görək, bundan kim qazanacaq”.

Xatırladaq ki, Avropa Birliynin tətbiq etdiyi yeni sanksiyalar siyahısında Vladimir Jirinovski yenə ön sırada yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm