Onu acılayan şagirdə Obamadan məzəli cavab - Foto
Bizi izləyin

Dünya

Onu acılayan şagirdə Obamadan məzəli cavab - Foto

Vaşinqtonda 6-cı sinif şagirdi müğənni Beyonsa görə ABŞ Prezidenti Barak Obamanı azarlayıb.

Axar.az xəbər verir ki, Obama xanımı ilə 11 sentyabr terror qurbanlarını anmaq üçün Vaşinqtondakı məktəblərdən birini ziyarət edib. Şagirdlərdən biri Obama ilə danışmaq imkan əldə edib və onun sözləri hamını təəccübləndirib:

“Məktəbimizi ziyarət etməyə Beyonsun gələcəyini gözləyirdim. Daha sonra sizin gəldiyinizi öyrəndim və bütün planlarım məhv oldu”.

“Sənin yerində Malia və Saşa (Obamanın qızları) da olsa, çox pərişan olardılar” - deyə Obama məktəbliyə cavab verərək onunla zarafat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm