Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Bizi izləyin

Dünya

Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək

Türkiyədə gəlin maşının qabağını kəsən uşaqlar cərimə ediləcək.

ANS PRESS-in məlumatın görə, yeni qərar avtomobil şüşəsi silən, dəsmal, çiçək, hədiyyəlik əşya satan, toy karvanının önünü kəsərək öz həyatına və ətrafdakıları təhlükəyə atan uşaqların ailələrinə tətbiq ediləcək. Yəni, qanun pozuntusuna görə, sözügedən uşaqların ailələri cərimə ediləcək.

Bu qərar hələlik Türkiyənin Uşak vilayətinin valiliyinə şamil edilir. Bölgədə bütün qovşaq, prospekt, park və buna bənzər cəmiyyətə açıq məkanlarda nəqliyyatın və piyadanın hərəkətinə maneə törədən addımların qarşısı alınacaq.

Valilikdən bildirilib ki, gələcəyin təminatı olan uşaqların sağlam və etibarlı olmayan mühitlərdə çalışmaq məcburiyyətində qalması onların bədən, ruh və əxlaqi inkişaflarına mənfi təsir göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm