• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Belarus Ukraynaya kömək etməyə hazırdır

  • Dünya
  • 13 Sentyabr 2014 20:30
  • 421 Baxış
Belarus Ukraynaya kömək etməyə hazırdır

Belarus kənd təsərrüfatı məhsullarının ixracında və satışında Ukraynaya yardım göstərməyə hazırdır. Publika.az-ın “BELTA” agentliyinə istinadən məlumatına görə, bu barədə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Xarici İqtisadi Fəaliyyət Baş İdarəsinin müdiri Aleksey Boqdanov açıqlama verib.

Agentliyin məlumatına görə, Kənd təsərrüfatı və Ərzaq Nazirliyində Belarusda Ukraynanın Fövqəladə və Səlahiyyətli səfiri Mixail Yejellə danışıqlar aparılıb. Tərəflər kənd təsərrüfat məhsullarının idxalı, ixracı, alqı-satqısı sahəsində əməkdaşlıq perspektivini müzakirə ediblər.

Ukrayna tərəfi Belarus bazarına yerli ət və süd məhsullarının çatdırılmasına icazə verilməsini xahiş edib. Belarus rəsmiləri isə bildiriblər ki, Gömrük İttifaqının tətbiq etdiyi standartlara və məhdudiyyətlərə baxmayaraq, onların ölkəsi Ukrayna əleyhinə yönələn sanksiyalara qoşulmayıb və yaxın perspektivdə Ukraynada bu ölkəyə idxal genişləndiriləcək.

Nail Cəlil

Xəbər lenti

DAHA ÇOX XƏBƏR