• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Poroşenkodan Moskvaya sərt mesaj

  • Dünya
  • 13 Sentyabr 2014 20:42
  • 590 Baxış
Poroşenkodan Moskvaya sərt mesaj

“Avropa Birliyi ilə Ukrayna arasında imzalanan assosiasiyası haqqında razılaşmanın mətninə heç bir dəyişiklik olmayacaq”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

Qeyd edək ki, dünən Brüsseldə keçirilən Rusiya-Ukrayna-Avropa Birliyi arasında üçtərəfli konsultasiyaların mğnəticəsi olaraq assosiasiya haqqında razılaşmanın tətbiqi 31 dekabr 2015-ci ilə qədər təxirə salınıb. Lakin Ukrayana xarici işlər naziri Pavel Klimkin bildirib ki, bu qərar assosiasiya haqqında sazişdən imtina anlamına gəlmir. O, əmin edib ki, Ukrayna islahatlara davam edəcək.

Ukrayna prezidenti dünən Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə Kiyevdə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında da qeyd etmişdi ki, 27 iyunda Brüsseldə imzaladığı razılaşmanın mətninə heç bir dəyişiklik olmayacaq.

Qeyd edək ki, assosiasiya haqqında müqavilənin mətninə dəyişiklikləri Rusiya istəyir. Rusiya assosiasiya haqqında razılaşmanın dəyişdirilməsi üçün tələblərini irəli sürüb. Rusiyanın irəli sürdüyü tələblərin analizi göstərir ki, Rusiya Avropa Birliyi ilə Ukrayna arasındakı ticarətin qarşılıqlı şəkildə liberallaşdırılmasına qarşıdır. Yəni, söhbət idxal rüsumlarının ləğvi və yaxud azaldılması siyasətindən imtina etməkdən gedir. Moskva Kiyev və Brüsselə məhsulların 20 faizdən çoxunun azad ticarətdən çıxarılmasını təklif edir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR