Arvadı İŞİD-ə qoşulan ər: “Başımı bağlamaq istəyirəm” dedi” - Şok detallar
Bizi izləyin

Dünya

Arvadı İŞİD-ə qoşulan ər: “Başımı bağlamaq istəyirəm” dedi” - Şok detallar

Amerikanın “Newsweek” jurnalı Türkiyənin Kocaeli Dilovası mahalından Suriyaya 2 avtobus çıxdığını və həmin avtobusda 19 şəxsin İŞİD-ə qatılmaq üçün getdiyi yazıb.

Publika.az xəbər verir ki, ABŞ jurnalı “İŞİD İstanbulun yoxsul məhəllərindən əsgər toplayır” - deyə, bildirib.

Bunu araşdıran jurnal 2 övladı olan 28 yaşlı Dəniz Şahinin həyatını təqdim edir. D.Şahinin dediyinə görə, əvvəlcə içki düşgünü olan keçmiş həyat yoldaşı Sadiq radikal islama qoşulub. Ötən ay Sadiq uşaqlarının görmək bəhanəsi ilə Ankaranın Kazan bölgəsinə gələrək, 4 yaşındakı oğlu Xəlil İbrahim ilə 10 yaşındakı qızı Esma Senayı qaçırdaraq İŞİD-in mərkəzi olan Suriyanın Rakka şəhərinə aparıb.

Uşaqları qaçırıldıqdan bir həftə sonra D. Şahinə onlarrın fotolarını göndərib. Fotoda sağ əlinin şəhadət barmağını yuxarı qaldıran oğlu İbrahim sol əlində tapança tutub. Esma isə bir dəvənin yanında ibtektivə gülümsəyir. Hər iki foto Rakada çəkilib.Uşaqlar artıq İŞİD-ə qoşulan ataları ilə yaşayır.

Jurnalın araşdırmasında deyilir ki, İŞİD əsasən internet üzərindən qadın və uşaqları hədəfə alır.

Buna nümunə kimi Böyükçekmecede yaşayan 44 yaşlı Şahin Aktanın başına gələnləri göstərmək olar. Aktan 25 yaşlı qırğız əsilli Svetlana ilə ailə həyatı qurub. 3 yaşlı Destan adlı oğulları var. Bir müddət əvvəl Svetlana oğlunu da götürərək Rakkaya gedir və orda İŞİD-ə qoşulur.

”Həyat yoldaşım xristian idi. İnternetdə vaxtını çox keçirirdi. İslamı internet səhifələrindən öyrənmişdi. Bir gün mənə “başımı bağlamaq istəyirəm” dedi, mən də razı oldum. Məndən saqqal byraxmamı istədi. Gündə 5 vaxt namaz qılmağımızı, iki saat Quran oxumamızı istədi. Mən bunları istəmədim”, - deyə o bildirir.

Qeyd edir ki, İŞİD üzvlərindən biri saxta “Facebook” profilindən Svetlana ilə tanış olub.

Aktan Svetlanın “Facebook”da “Qara bayrağın altında yaşayan insanlar yaxşı insanlardır və mən Şam torpaqlarında yaşayacağam” sözlərini görəndən sonra nə baş verdiyini anlayır. Əvvəlki evinə qaçır, amma onları tapmır. Nə qədər çalışsa da, heç olmasa, bir uşağı belə geri qaytara bilmir.

Daha sonra keçmiş həyat yoldaşının boşandıqdan sonra 4 ay boyunca bir əfqan mücahidlə təmasda olduğunu öyrənib.

“Newsweek” qeyd edir ki, İŞİD Türkiyəyə çox yaxınlaşıb və onların arasından yüzlərlə insanı özünə qoşmağı bacarıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm