Moskva Vaşinqtonu ara vurmaqda ittiham etdi
Bizi izləyin

Dünya

Moskva Vaşinqtonu ara vurmaqda ittiham etdi

“ABŞ Ukrayna böhrandan istifadə edərək Avropa Birliyi və Rusiyanın iqtisadi əlaqələrini pozmaq istəyir”.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə xarici işlər naziri Sergey Lavrov bildirib.

S.Lavrovun sözlərinə görə, Vaşinqton yaranmış vəziyyətdən istifadə edərək özünün mayeləşdirilmiş qazın alışını Avropanın boynuna qoymaq istəyir. Rusiya xarici işlər naziri ABŞ qazının qiymət baxımından Rusiya qazı ilə rəqabət apara bilmədiyini deyib.

“ABŞ qazı qiymətinə görə, Rusiya qazı ilə rəqabət apara bilmir. Vaşinqtin Brüssel-Moskva münasibətlərini pozmaqla şübhəsiz ki, ilk növbədə özünün iqtisadi maraqlarını qorumaq istəyir. Amma burada geosiyasi hesablamalar da əsas rol oynayır”, - Rusiya Xarici İşlər Nazirliyinin başçısı əlavə edib.

Nazir vurğulayıb ki, ABŞ Avropa Birliyi ilə əldə edəcək razılaşmanlarla haqsız xeyir almaq istəyir. Qeyd edək ki, ABŞ Avropaya mayeləşdirilmiş qaz ixrac etmək istəyir. Vaşinton iddia edir ki, onun əsas məqsədi köhnə qitənin Rusiya enerji ehtiyatlarından asılılığını minimum həddə qədər azaltmaqdır.

May ayında isə Rusiya Federasiyası prezidenti Vladimir Putin bildirib ki, ABŞ Avropa qaz bazarında Rusiya ilə rəqabət apara bilməz. Putin fikrini onunla izah edib ki, mayeləşdirilmiş qazın Avropaya çatdırılması Amerika istehsalçılarına baha başa gələcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm