Məscidi-i Aqsanın mühafizi: “Bu bir şeytan koalisiyasıdır”
Bizi izləyin

Dünya

Məscidi-i Aqsanın mühafizi: “Bu bir şeytan koalisiyasıdır”

“Fələstin İslam Hərəkatı”nın lideri Şeyx Rəad Salah Umm al-Fahm şəhərində təşkil edilən mitinqdə İŞİD terror təşkilatna qarşı yaradılan koalisiyadan danışıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, minlərlə fələstinliyə səslənən Şeyx Raed Salah İŞİD-ə qarşı olduqlarını, eyni zamanda terror təşkilatının arxasında Qərb güclərinin olduğunu vurğulayıb.

Məscidi-i Aqsanın mühafizi olaraq tanınan Salah Amerikanın yaratmaq istədiyi koalisiyanı “şeytan koalisiyası” adlandırıb. Onun sözlərinə görə, İŞİD-i yox etmək bəhanəsi ilə yaradılması planlaşdırılan koalisiya bölgədə müsəlmanları hədəf alacaq.

İŞİD-in “İslami Dövləti” adı altında islama böyük zərər verdiyini və təşkilatın arxasında Qərbli güclərinin olduğunu bildirib. O, qeyd edib ki, təşkilatı maliyyə ilə ABŞ və İsrailin təmin ediir. .

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm