Dubayda 2,7 milyardlıq layihə
Bizi izləyin

Dünya

Dubayda 2,7 milyardlıq layihə

“Dubay parkları və kurortları” adlandırılan layihə BƏƏ baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum tərəfindən dəstəklənib. Tikinti şirkəti layihənin həyata keçirilməsinə artıq 2,7 milyard dollar yatırıb. Bu əyləncə növü 2020-ci ilədək Dubaya səfər edənlərin sayını 20 milyonadək artırmağa kömək edəcək.

Publika.az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyinin “Meraas Holding” tikinti şirkəti Cəbəl-Əli azad ticarət zonasında üç əyləncə parkının inşası üzrə planını açıqlayıb.

“Motiongate Dubai” parkında insanların özlərini “Hollywood” kinohitlərinin personajları kimi hiss etmələri üçün yeni nəsil attraksionlardan istifadə ediləcək. “Bollywood Parks Dubai” dünyanın Hindistan kino sənayesinə həsr edilən ilk, “Legoland” kompleksi isə Yaxın Şərqdə birinci və dünyada yeddinci layihə olacaq.

2014-cü ilin fevralında start verilən layihənin ilkin mərhələsinin 2016-cı ildə başa çatdırılması planlaşdırılır. “Meraas Holding” şirkəti artıq “Motiongate Dubai” və “Bollywood Parks Dubai” tematik parklarında filmlərin səhnələrini yaratmaq üçün ABŞ-ın “Hollywood” və Hindistan kinostudiyaları ilə saziş imzalayıb. Parklar və “Legoland Dubai” kompleksi arasında “Lapita” ailəvi tematik hoteli inşa olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm