"Putin Sovet İttifaqını canlandırmaq istəyir"
Bizi izləyin

Dünya

"Putin Sovet İttifaqını canlandırmaq istəyir"

Ukraynanın Baş naziri Arseniy Yatsenyuk Rusiya Prezidenti Vladimir Putinin köhnə Sovetlər Birliyini yenidən canlandırmaq istədiyini söyləyib.

Ukraynanın paytaxtı Kievdə davam edən “Yalta - Avropa Strategiyası, 11” Forumunda bu barədə danışan Yatsenyuk Putinin Ukraynanın Avropa cəmiyyətinin bir qismi olmasını qəbul edə bilmədiyini dilə gətirib.

Publika.az-ın Ukrayna mediasına istinadən məlumatına görə, Yatsenyuk Rusiya liderinin Sovetlər Birliyini yenidən canlandırmaq istədiyini, bu səbəblə son məqsədinin yalnız Donbas bölgəsi deyil, bəlkə də bütün Ukrayna torpaqları olduğunu iddia edib. O, qeyd edib ki, planının ilk mərhələsini Krımı Rusiyaya bağlamaq, ikinci mərhələsini Donbasda bir böhran bölgəsi meydana gətirmək, üçüncü mərhələni isə Odessa vilayəti üzərindən Dnestryanı bölgəyə koridor açmaq təşkil edir.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm