Coca-Cola reklamı ABŞ-da qalmaqala səbəb oldu (FOTO,VİDEO)
Bizi izləyin

Dünya

Coca-Cola reklamı ABŞ-da qalmaqala səbəb oldu (FOTO,VİDEO)

Coca-Cola reklamı ABŞ-da qalmaqala səbəb oldu

ABŞ-ın hər il ən çox izlənən proqramı olan Amerika futbol liqasının final matçı “Super Bowl” zamanı yayımlanan “Coca-Cola” reklamı ölkədə etiraza səbəb oldu.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “America the Beautiful” adlı milliyətçi mahnının yeddi dildə oxunduğu reklamda birlik mesajı verilmək istənirdi.


Ancaq mühafizəkarlar, ingilis dilindən başqa dillərin istifadə edilməsinə etiraz edib. “Fox News”un əməkdaşı Todd Starness, “Reklamı anlamadım. Coca-cola qanunsuz miqrantların rəsmi içkisi olub” deyə şərh etdi.


Radio aparıcısı Glenn Beck, “Coca-Cola”nı ölkəni bölməyə çalışmaqda ittiham etdi. Boykot çağırışları edilərkən, “Facebook” və “Tvvitter” səhifələrinə Coca-Colanı “terroristlərin dilində reklam çəkməkdə” günahlandıran mesajlar yazıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm