• USD 1,8045 +0,99% EUR 1,9201 +1,26%
    • GBP 2,1795 +1,38% RUB 0,0302 +0,66%

Ukraynadan Krımda seçkilərə etiraz

  • Dünya
  • 14 Sentyabr 2014 22:30
  • 450 Baxış
Ukraynadan Krımda seçkilərə etiraz

Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 14-də Rusiya Federasiyası tərəfindən Krımda keçirilən yerli seçkilərlə bağlı etiraz bəyanatı yayıb.

Publika.az-ın UNİAN-a istinadən məlumatına görə, müvafiq bəyanatda Krımda və Sevastopolda keçirilən bu seçkilərin qeyri-qanuni olduğu vurğulanır, Rusiyanın bu ilin martında ilhaq etdiyi Krım yarımadasında seçkilər keçirməsi faktı beynəlxalq hüquqa zidd adlandırılaraq, qətiyyətlə pislənilir.

Sənəddə Krımda qeyri-rus millətlərə, xüsusən, ukraynalılara və tatarlara qarşı ayrı-seçkilik, diskriminasiya siyasəti həyata keçirildiyi vurğulanır. Ukrayna tərəfi müvafiq bəyanatda beynəlxalq ictimaiyyəti Rusiyanın hərbi təcavüzünə və növbəti qanunsuz seçkilərin keçirilməsi faktına biganə qalmamağa səsləyir.

Nail Cəlil

Xəbər lenti

DAHA ÇOX XƏBƏR