Dünya
Ukrayna nüvə dövləti statusunu bərpa edəcək - Rəsmi açıqlama
"Nüvə silahı Ukraynanı Rusiyadan qoruya bilər. Amma onu da bildirim ki, Ukraynanın nüvə silahına malik ölkə statusunun bərpası hazırda gündəmdə deyil. Rusiya qeyri-rəsmi olaraq indiyədək dəfələrlə bildirib ki, müqavimət göstərsək, bizə qarşı taktiki nüvə silahından istifadə edəcək".
Publika.az-ın Ukrayna mediasına istinadən məlumatına görə, bu fikirləri bu gün Kiyevdə keçirdiyi mətbuat konfransında müdafiə naziri Valeri Qeletey səsləndirib. Onun sözlərinə görə, Ukraynanın şərqinin terrorçulardan təmizlənməsi əməliyyatı artıq başa çatıb və indi Kiyev Rusiyadan müdafiə sistemini qurmalıdır.
Qeletey vurğulayıb ki, Qərbdən ciddi yardım və həmrəylik
görməyəcəyi təqdirdə, Ukrayna istər-istəməz yenidən nüvə dövlətinə
çevriləcək. "İndiki silahlı münaqişədə Qərbin dəstəyini almasaq,
nüvə silahına malik ölkə statusumuzu bərpa etməli olacağıq".
Xatırladaq ki,Ukrayna sabiq SSRİ-dən qalmış nüvə silahından
Sovetlər Birliyi dağılandan sonra imtina edib.
Bunun müqabilində 1994-cü ildə Budapeştdə imzalanmış bəyannaməyə
uyğun olaraq, Ukrayna ABŞ, Rusiya və Britaniyadan təhlükəsizlik
təminatı alıb.
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."