• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Fransa İraq kürdlərini silahlandırır

  • Dünya
  • 15 Sentyabr 2014 00:37
  • 370 Baxış
Fransa İraq kürdlərini silahlandırır

Fransa tərəflər arasında əldə olunmuş anlaşmaya əsasən, İraq kürdlərinə yeni silah partiyası göndərib. Publika.az-ın “Reuters”ə istinadən məlumatına görə, bu dəfə İraq Kürdüstanının silahlı qüvvələrinin döyüşçüləri iri və orta çaplı fransız silahları, pulemyotlarla təchiz olunublar.

Fransanın İraq Kürdüstanına hərbi yardım göstərməsini muxtar hökumətin rəsmisi Halqord Hikmət də təsdiqləyib. O, Ərbildə müvafiq rəsmi açıqlama verərək bildirib ki, son 2 həftə ərzində kürd döyüşçüləri fransız təlimatçıların rəhbərliyi altında yeni silahlardan istifadə qaydalarını öyrənirlər: “Yeni silahların çoxu yüksək keyfiyyətli, çevik əməliyyatların aparılması üçün yararlı olan pulemyotlardan ibarətdir. Bizə də məhz belə silahlar lazımdır”.

Nail Cəlil

Xəbər lenti

DAHA ÇOX XƏBƏR