“Bu, bir ətçəkən idi” – Kreml Ukraynanı atəşkəsə necə məcbur etdi?
Bizi izləyin

Dünya

“Bu, bir ətçəkən idi” – Kreml Ukraynanı atəşkəsə necə məcbur etdi?

Avqust ayının ortalarında Ukraynanın cənub-şərqində Stepanovka kəndi ətrafında yerləşən Ukrayna ordusunun döyüşçüləri üçün həyat çevrildi.

Ordu ilə separatçılar arasında döyüşlər təxminən iki həftə davam edirdi. “Və birdən ruslar gəldilər", - Böyük Britaniyanın “The Financial Times” qəzetinin müxbirləri ilə söhbətində çatlamış və şişmiş barmaqlarını sıxan Ukrayna hərbçilərindən biri deyib.

Onun sözlərinə görə, hər hansı bir fərqləndirici nişanları olmayan onlarla tank, zirehli texnika, raket sistemi və hərbi yük maşınları Rusiya sərhədi tərəfdən onlara yaxınlaşdı. Ukrayna hərbi dəstəsi üçün ani olan yalnız Rusiyanın nizami ordusu və iri hərbi texnikası deyildi. Onlar həm də Rusiya ərazisindən edilən artilleriya zərbələrinə məruz qaldı. Ukrayna əsgərinin sözlərinə görə, ruslar oranı əsl cəhənnəmə çevirdilər.

“The Financial Times” yazır ki, Ukraynanın şərqində Rusiyanın nizami ordusunun peyda olması dördaylıq münaqişədə dönüş anı oldu: “Bu, Ukrayna ordusunun şanslarını əhəmiyyətli dərəcədə aşağı saldı. Halbuki Ukrayna ordusu separatçıların inadını sındırmağa olduqca yaxın görünürdü. Məlum oldu ki, Rusiya prezidenti Vladimir Putin “özünümüdafiə qüvvələri” adlanan separatçı birliklərin dağılmaması və Ukrayna ilə Rusiya arasında elan edilməyən müharibəni daxili münaqişəyə çevirmək üçün bacardığı hər şeyi etməyə hazırdır. Pyotr Poroşenko da bundan sonra atəşkəsin başlandığını elan etməyə məcbur oldu. Baxmayaraq ki, atəşkəs separatçılara ölkənin şərqindəki ərazilərin bir hissəsini əllərində tutmağa və beləliklə, Moskvaya uzun illər Ukraynanı təsiri altında saxlamağa kömək edəcəkdi”.

“Biz Rusiya ilə müharibədə qələbə qazana bilmirik”, - Poroşenkonun məsləhətçilərindən biri söyləyib.

Barışıq yalnız ondan sonra mümkün oldu ki, NATO nümayəndələrindən biri Ukraynanın şərqində mindən çox Rusiya əsgərinin olduğunu bildirdi. NATO keçən həftəsonu isə 3000 rus əsgərinin Ukraynada olduğunu açıqladı. Amma Ukrayna hakimiyyəti iddia edir ki, hazırda ölkə ərazisində bəzi qiymətləndirilmələrə görə, təxminən 10 min Rusiya hərbçisi var, amma Moskva bütün bu iddiaları rədd etməkdə davam edir. Rəsmi Kiyev hesab edir ki, Rusiya xüsusi xidmət orqanları və hərbi kəşfiyyatın nümayəndələri aprel ayından başlayaraq Ukrayna ordusuna qarşı aparılan əməliyyatlarına rəhbərlik edirlər.

Ukraynanın müdafiə nazirinin məsləhətçisi Aleksandr Danilyukun sözlərinə görə, Rusiya nizami ordusu təxminən bir ay əvvəl Ukraynaya keçib. Həmin vaxt 280 yük maşınından ibarət “humanitar yardım” Moskvadan çıxaraq Ukraynanın şərqinə yollanıb. Danilyuk bunu Rusiyanın aldadıcı manevri adlandırır.

Rusiya “humanitar yardım” avtomobil kolonları bir neçə sərhəd məntəqəsindən Ukraynaya keçməyə başlayıb. Məhz həmin kolonlardan biri də Stepanovka kəndi yaxınlığındakı sərhəd məntəqəsindən keçmişdi.

Ukrayna hərbçilərinin sözlərinə görə, “humanitar yardım”ın bir hissəsi isə Amvrosiyevka yaxınlığındakı sərhəd məntəqəsindən Rusiya ordusunun artilleriya zərbələrinin müşayiəti altında keçib. “Bizə Rusiya ərazisindən daim atəş açırdılar. Biz hətta cavab atəşi açmaq hüququna malik deyildik”, - ukraynalı əsgərlərdən biri deyir.

Ukrayna əsgərlərinin sözlərinə görə, separatistlər pis silahlı idilər və pis təşkil olunmuşdilar. Rusiya qoşunları isə əksinə, Ukrayna ordusundan daha yaxşı təşkil edilmiş və daha çox silaha malik idilər.

“Rusiya ordusunda "Uraqan” zenit-raket kompleksləri var. Bu komplekslər 35 kilometr məsafədəki hədəflərə dəqiq zərbə vurur və əsgərlərimizi məhv edirdilər. “Bu, görünür, ətçəkən idi”, - Ukrayna prezidentinin məsləhətçilərindən biri deyib.

Rusiya hərbi birləşmələrinin bir hissəsi isə separatçıların nəzarətində olan ərazilərdən sərhədi keçdilər. Məsələn, Ukrayna ordusunun bir hissəsi separatçılara Azov dənizi sahilində yerləşən Novoazovsk şəhərini tutmağa kömək etdilər. Bundan sonra Kiyev rus qoşununun strateji liman şəhəri olan Mariupola çata biləcəyindən və Rusiyanın mart ayında zəbt etdiyi Krıma quru dəhlizi açılacağından narahat olmağa başladı.

“Rusiya qoşunları Ukrayna tərəfindən daha əvvəllər geri alınan şəhərləri tutaraq Donetskə irəlilədi. Yayılan bəzi informasiyalara görə, Rusiya qoşunu Donetskdən 30 kilometr cənubda yerləşən İlovaysk şəhəri yaxınlığında mövqe tutdular. Məqsəd isə qanlı və həlledici döyüşə girmək idi. Hansı ki, həmin qüvvələr Ukrayna ordusunun Stepanovka və Amvrosiyevka yaxınlığında yerləşən dəstələrini dağıtmışdılar. Avqust ayının ortalarında könüllü batalyonlardan biri İlovaysk şəhərinin bir hissəsini tutaraq oranı möhkəmləndirmək üçün Kiyevə xahiş etdi. Danilyukun sözlərinə görə, hökumət ora Ukrayna ordusunun təxminən 3 min əsgərini göndərdi. Amma Rusiya ordusunun dəstələri tezliklə onları mühasirəyə aldı. Avqustun 29-da Ukrayna ordusu və könüllü batalyonların əsgərləri rus komandirləri ilə İlovayskda təhlükəsiz “dəhliz”in yaradılması barədə razılaşdılar. Lakin ukraynalı əsgərlər pusquya düşdülər. Həmin qətliamda Ukrayna ordusunun təxminən 200 əsgəri həlak oldu. Hərçənd, bir bir çox hərbçilər əmindirlər ki, ölənlərin sayı daha çoxdur”. – “The Financial Times" qeyd edir.

Ukrayna prezidentinin bir başqa məsləhətçisi İlovayskda faciənin yaşandığını və Ukrayna ordusunu silkələdiyini bildirir.

Sentyabrın birində İlovayska nəzarət yenidən Ukrayna ordusunun əlinə keçdi. Sentyabrın 3-də səhər tezdən Pyotr Poroşenko sülh müqaviləsinin şərtlərini müzakirə etmək üçün Vladimir Putinə zəng vurdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm