Kim qalib gələcək? - Birlik üçün “ağır artilleriya”, yoxsa “Müstəqilik Partiyası”
Bizi izləyin

Dünya

Kim qalib gələcək? - Birlik üçün “ağır artilleriya”, yoxsa “Müstəqilik Partiyası”

Xəbər verildiyi kimi, sentyabrın 18-də Şotlandiyanın müstəqilliyi üzrə referendum keçiriləcək. Referendumda sual isə belə olacaq ki, şotlandlar Birləşmiş Krallıqdan çıxıb müstəqil olmaq istəyirlərmi?

Referendumdan əvvəl Şotlandiya sakinləri, demək olar ki, iki bərabər düşərgəyə bölünüb. Referendumun nəticəsini isə çox ehtimal ki, mövqeyini indiyə kimi müəyyən etməyənlərin səsi həll edəcək. Millətçilər referendumun əsas hərəkət gücü kimi çıxış edirlər. Onlar Şotlandiya sakinlərini populist şüarları ilə qazanmağa çalışır, müstəqil Şotlandiya karbohidrogen ehtiyatların satışından qazanılan pullar və bütün vergilərin yerli büdcəyə daxil edilməsi hesabına çiçəklənmə söz verirlər.

Birlik üçün “ağır artilleriya”

Şotlandiyanın Birləşmiş Krallıq tərkibində saxlanılması çağırışı ilə “Rolling Stones” qrupunun rəhbəri Mik Cagger, musiqiçi Pol Makkart və fizik Stiven Xokkinq çıxış edir. Hələ avqust ayında şotlandiyalı musiqiçilər, idmançılar, alimlər və ictimai xadimləri Şotlandiya sakinlərinə açıq məktub yazıblar.

“Hansı qərar verəcəyiniz sizin hüququnuza daxil olan məsələdir. Amma Böyük Britaniyanın tərkibində qalmaqla bağlı seçimimiz hamınız üçün böyük mənaya sahib olacaq. Bu çox vacibdir”, - məktubda deyilir.

Yazıçı Coan Roulinq ölkənin birliyinə dəstək olaraq çıxış edib və Şotlandiya seçicilərini müstəqillik ideyasından imtinaya inandırmaq üçün apardığı kampaniyaya yarım milyon funt sterlinq xərcləyib. Eyni çağırışa musiqiçi Devid Boui və supermodel Keyt Moss qoşulub. Onlar “Şotlandiya, bizimlə qal” yığcam bəyanatlarla çıxış ediblər.

“Mən istəməzdim ki, Birləşmiş Krallıq dağılsın. O, həmişə hamımız üçün bir ev olub”, - musiqiçi Rod Stuart bildirib.

“Mançester Yunayted” futbol klubunun keçmiş baş məşqçisi Aleks Ferqyusson şotlandiyalıları müstəqilliyə qarşı səs verməyə çağırıb: “Mənim kimi səkkiz yüz min şotlandiyalı Böyük Britaniyanın müxtəlif hissələrində yaşayır və işləyirlər. Biz yad ölkədə yaşamırıq, biz Birləşmiş Krallıq adlandırılan bir ailənin hissəsiyik”, - Ferqyusson bildirib.

“Müstəqilliq partiyası”

Eyni zamanda, müstəqillik tərəfdarları sıralarında da məşhur simalar var. Belə ki, daim özünün Şotlandiya mənşəyini bəyan edən kino aktyoru Şon Konneri bir neçə dəfə bildirib ki, yalnız müstəqil olndan sonra Şotlandiyaya yaşamağa qayıdacaq. “Bir Şotlandiyalı kimi əminəm ki, müstəqilliyi əldə etmək üçün çox yaxşı imkan var. Bu imkanı qaçırmamaq lazımdır”, - Konneri jurnalistlərə deyib.

Tanınmış Britaniya musiqiçisi Stiven Morrissi də müstəqillik tərəfdarlarının düşərgəsindədir. Dünyaca məşhur şotlandiyalı tennisçi Endi Mürrey də dogma ölkəsinin müstəqillik qazanacağına inanır.

Müstəqilliyi dəstəkləyən şotlandiyalı aktyor Brayan Koks hesab edir ki, həmvətənlərini Birləşmiş Krallıqdan çıxmağa səs verməyə inandırmaq üçün çox şey etmək lazımdır.

Müğənni Enni Lennoks də Şotlandiyanın inkişafını onun müstəqilliyində görür.

Bununla belə, Şotlandiyada əhvali-ruhiyyə sürətlə dəyişir. Əhalinin əksəriyyəti müstəqillik üçün səs verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm