Ukrayna ordusunun son qrupu İlovayskı tərk etdi
Bizi izləyin

Dünya

Ukrayna ordusunun son qrupu İlovayskı tərk etdi

Donetsk vilayətinin İlovaysk şəhərindən antiterror güclərinin son qrupu da çıxarılıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna müdafiə naziri Valeriy Qeletey bildirib.

Müdafiə naziri İlovayskda gedən döyüşlərdə ən azı 107 Ukrayna, 300-ə yaxın isə Rusiya hərbi qulluqçusunun həlak olduğunu deyib.

Xatırladaq ki, İlovaysk şəhəri yaxınlığında avqust ayının sonunda antiterror gücləri Rusiya hərbçilərinin mühasirəsinə düşdülər. Döyüşlərdə Ukrayna ordusunun xeyli hərbi qulluqçusu həlak olub, bir hissəsi isə əsir götürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm