Poroşenko razılaşmanı Ali Radaya göndərdi
Bizi izləyin

Dünya

Poroşenko razılaşmanı Ali Radaya göndərdi

Ukrayna prezidenti Pyotr Poroşenko Avropa İttifaqı ilə imzalanan assosiasiya haqqında razılaşmanı təsdiq olunması üçün Ali Radaya təqdim edib.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, razılaşmanın 16 sentyabrda Ali Radada təsdiq edilməsi planlaşdırılır.

Xatırladaq ki, Ukrayna və Avropa İttifaqı 27 iyunda Brüsseldə assosiasiya haqqında razılaşmanın iqtisadi hissəsini imzalayıb. Razılaşma iqtisadi hissəsi Avropa İttifaqı ilə Ukraynanın geniş iqtisadi inteqrasiyasını, həmçinin geniş və hərtərəfli azad ticarət zonasının yaradılmasını nəzərdə tutur.

Bununla belə, Ukrayna və Avropa İttifaqı assosiasiya haqqında razılaşmanın azad ticarət zonasının fəaliyyəti ilə bağlı hissəsinin tətbiqinin 31 dekabr 2015-ci ilə qədər təxirə salınması barədə razılaşıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm