Putin Təhlükəsizlik Şurasının operativ müşavirəsini keçirib
Bizi izləyin

Dünya

Putin Təhlükəsizlik Şurasının operativ müşavirəsini keçirib

Rusiya Federasiyası prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirə keçirib.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Putinin mətbuat katibi Dmitri Puskov bildirib.

Onun sözlərinə görə, müşavirədə Ukraynanın şərqindəki böhranın sülh yolu ilə nizamlanması, həmçinin bölgəyə humanitar yardımların göndərilməsi müzakirə edilib.

Müşavirədə baş nazir Dmitri Medvedev, prezident administrasiyası rəhbəri Serqey İvanov, Federasiya Şurasının spikeri Valentina Matviyenko, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və xarici kəşfiyyat xidmətinin direktoru Mixail Fradkov iştirak edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm