Rusiya hərbçilərinin cəsədləri burada tanınır – Şok iddia
Bizi izləyin

Dünya

Rusiya hərbçilərinin cəsədləri burada tanınır – Şok iddia

Rostov vilayətində yerləşən hərbi hissələrdən birində Ukraynada öldürülən Rusiya hərbi qulluqçuların cəsədlərinin tanınması mərkəzi açılıb.

Publika.az-ın freejournal.biz saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna antiterror güclərinin qərargahından bildirilib.

Qərargahdakı mənbənin verdiyi məlumata görə, hazırda mərkəzdə yüzlərlə tanınmamış cəsəd var. Onlar həm Rusiya Federasiyası Silahlı Qüvvələrinin, həm də separatçıların geydiyi formadadır. Ölənlərin çoxu isə Luqansk və Donetsk vilayətlərinə göndərilən rus xususi təyinatlılardır.

Ehtimal edilir ki, cəsədlərin tanınma mərkəzi Rostovun şimal-qərbində hərbçilər üçün xüsusi olaraq tikilən mikrorayonda yerləşir. “Böyük meyitxana”dan hələ birinci çeçen müharibəsi zamanı istifadə olunub. Burada minlərlə cəsəd yerləşdirmək mümkündür. Cəsədlərin tanınma mərkəzində dezoksiriboNuklein turşusunun (DNT) köməyi ilə həlak olanların kimliyinin müəyyənləşdirilməsi üzrə ixtisaslaşan tibbi məhkəmə ekspertizası mərkəzi fəaliyyət göstərir.

Çeçen müharibələrində istifadə olunan “meyitxana” Ukraynaya qarşı müharibədə yenidən Rusiyaya lazım olub.

Məlumata görə, “Voyenvede” cəsədlərin tanınma mərkəzinin işi hazırda ciddi şəkildə məxfiləşdirilib. Əraziyə jurnalistlər və ictimaiyyət nümayəndələri buraxılmır. Əraziyə daxil olmaq üçün xususi icazə vərəqələri yalnız öldürülən şəxslərin yaxın qohumlarına verilir. Onlardan isə gördüklərinin gizli saxlanılması barədə izahat alınır.

Bununla belə, Ukraynada ölən rus hərbçilərin cəsədlərinin heç də hamısının Rostovdakı “meyitxana”ya çatdırılmadığı deyilir. Rusiyalı hüquq müdafiəçisi, siyasətçisi və ekspert Yelena Vasilyev “facebook” səhifəsində Ukraynada 3500-dən çox Rusiya hərbçisinin həlak olduğunu yazıb. Hüquq müdafiəçisi yalnız Krasnokamensk yaxınlığında yerləşən kömür şaxtasına təxminən 600 cəsədin atıldığını qeyd edib.

Ukraynanın “İnformasiya müqaviməti” resursunun məlumatına görə, Rusiya həbrçilərinin böyük hissəsi başqa bir dövlətin ərazisində vuruşmaqdan imtina edir. Rusiya komandanlığı onları Qafqazdan gətirilən muzdlu dəstələrlə əvəz etməyə çalışır.

Rusiyalı hüquq müdafiəçisi Ukraynanın şərqindəki döyüşlərdə həlak olan Rusiya hərbçilərinin sayını açıqlayıb.

Rusiyanın kavkazcenter.com saytı bir neçə gün əvvəl xəbər vermişdi ki, Rusiya ölkə əhalisinin reaksiyasından çəkinərək Ukraynada rus əsgərlərinin "rusca” dəfnlərinə başlayıb. "Öldürülən rus hərbçilərinin cəsədləri kömür şaxtalarına atılır. Çeçenistan Respublikasında isə ruslar cəsədləri vertolyotlarla çətin keçilə bilən dərələrə tullayırlar”, - xəbər deyilir.

Məlumata görə, sentyabrın 5-də ruslar Luqansk vilayətinin Çervonopartizansk rayonunda yerləşən kömür şaxtalarından birinə Ukrayna ordusu ilə döyüşlərdə məhv edilmiş onlarla "döyüş yoldaşları”nın cəsədini atıb. Cəsədlərin iki ədəd "Kamaz” yük avtomobili ilə gətirildiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm