İŞİD dəhşətinə birlik cavabı
Bizi izləyin

Dünya

İŞİD dəhşətinə birlik cavabı

Terror təşkilatı şotlandiyalı humanitar yardım könüllüsü Haninesin başını kəsərək öldürdükdən sonra beynəlxalq koalisiyadan birlik mesajı verildi.

Publika.az cümhuriyyət.com.tr-yə istinadən xəbər verir ki, İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı amerikalı jurnalistlər James Foley və Steven Sotloffdan sonra şotland əsir David Hainesin də başını kəsərək öldürüblər. Terror təşkilatı edamın görüntülərini yayıb və rəsmi London videonun orijinal olduğunu təsdiqləyib. Bu edama sərt təpki göstərən İngiltərə baş naziri David Kameron “caniləri” yaxalamaq üçün əlindən gələni əsirgəməyəcəyini deyib. ABŞ başda olmaqla beynəlxalq koalisiyadan İŞİD-ə qarşı birlik sözü verilib.

İŞİD-in yayımladığı “Amerikanın müttəfiqlərinə mesaj” başlıqlı videoda edam Kameronun İraq hökuməti və kürd qüvvələrinə etdiyi yardımın əvəzi kimi təqdim edilib. Video Kameronun İraq strategiyası haqqında sözlərinin səsləndiyi bir kliplə başlayır. Kameron görüntülərdə “radikal barbar yaraqlılara” qarşı kürd qüvvələrinə diplomatik və hərbi dəstəkdən bəhs edir. Sonra Quantanomadakı məhbuslara geyindirilən narıncı rəngli forma geyindirilmiş, diz çökdürülmüş Haines özünü təqdim edir və soyuqqanlı bir şəkildə “Kameronun siyasətinin əvəzini ödədiyini”, “ölümündən tamamilə Kameronun məsuliyyət daşıdığını” deyir.

Görüntülərdə Haines belə söyləyir: “ABŞ-ın İŞİD-ə qarşı yaratdığı koalisiyaya könüllü olaraq girdin. Eynən sələfin Toni Bleyerin etdiyi kimi. Britaniya baş nazirləri heç vaxtı amerikalılara “xeyr” demək cəsarəti göstərməyiblər. Təəssüf ki, biz Britaniya xalqı parlamentimizin eqoist qərarlarının əvəzini ödəyirik”.

Daha sonra Foley və Sotloffu öldürən şəxs olduğu iddia edilən məlum yaraqlı əlində bıçaqla ABŞ ilə ittifaqın İngiltərəni məhv edəcəyini və “İngilis xalqını qanlı və qazanılması mümkün olmayan bir müharibəyə sürüklədiyini” bildirir.

Videonun sonunda Kameronun İŞİD-lə döyüşənlərə yardımlarını davam etdirəcəyi halda, əllərindəki digər humanitar yardım könüllüsü ingiltərəli əsir Alan Henningin də öldürüləcəyinə dair təhdidlər yer alıb. Bundan əvvəlki edam videolarında olduğu kimi, çarxın Suriyanın şimal-şərqindəki Rakka şəhərində, səhralıq bölgədə çəkildiyi güman edilir.

İngiltərə Xarici İşlər Nazirliyi videonun orijinal olduğuna dair şübhələrinin olmadığını bildirib. Hainesin ailəsi də əsirin öldürüldüyünü təsdiq edən bir açıqlama yayımlayıb. Ailə edam videosunun yayımlanmasından bir neçə saat əvvəl İŞİD-in onlarla əlaqə saxlaması üçün çağırış etmişdi.

Edamı həyata keçirən yaraqlının təşkilatın bundan əvvəlki edam videolarında İngiltərə aksenti ilə danışan və “cihadçı Con” adlandırılan şəxsin olduğu bildirilib.

İŞİD Suriyanın İdlib vilayətində 2013-cü ilin martında əsir götürülən 44 yaşlı Hainesi öldürəcəyinə dair xəbərdarlıq etmişdi. Fransız humanitar yardım quruluşu “Acted”lə əməkdaşlıq edən şotland əsilli Haines 1999-cu ildən bəri Balkan ölkələri, Afrika və Orta Şərqdə çalışıb.

ABŞ prezidenti Barak Obama Hainesin ailəsinə və İngiltərəyə başsağlığı verib. Prezident həmçinin qatillərin cəzalandırılması üçün Londonla birgə işləyəcəklərini deyib. Avstraliya baş naziri Tani Abbott da hadisəni qınayıb və “sözlə ifadə olunmayacaq dərəcədə barbarlıqdır” deyə qeyd edib. Abbott İŞİD-ə qarşı döymək üçün ABŞ-ın təklifi ilə Birləşmiş Ərəb Əmirliklərində 400 hərbi hava qüvvələri əsgəri olmaqla 600 nəfər göndərəcəklərini elan edib. Abbott “beynəlxalq koalisiya”nı qırıcılar da dəstəkləyəcəyini bildirib.

Şotlandiya baş naziri də hərbi qüvvə göndərəyəcəyini deyib. Fransa prezident administrasiyasından verilən açıqlamada “tükürpədici cinayət növbəti dəfə beynəlxalq ictimaiyyətin qorxaq terror təşkilatına qarşı səfərbər olmasının vacib olduğunu göstərdi” deyilib. Almaniya baş naziri Angela Merkel də Hainesin öldürülməsini qınayaraq insidenti “barbarlığın son həddi” adlandırıb və “ terrorçuların cəzalandırılmasının vacib olduğunu” deyib. Şotlandiya baş naziri Aleks Salmond da İŞİD-in edam görüntüləri vasitəsi ilə barbarlığın mərhələlərini göstərdiyini vurğulayıb. Hainesin işlədiyi yardım quruluşu “Acted” də açıqlamasında “barbar hərəkətin cəzasız qalmamasını” istəyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm