• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Parisdə məhkəmə: Fransa soyqırım törətməkdə ittiham olunur

  • Dünya
  • 5 Fevral 2014 10:33
  • 1 993 Baxış
Parisdə məhkəmə: Fransa soyqırım törətməkdə ittiham olunur

Ruandada 1994-cü ildə hutulər ilə tutsiler arasında 800 min adamın ölümünə gətirib çıxaran qarşıdurmalardan 20 il sonra Parisdə ilk soyqırım iddiası açılıb.

Publika.Az –ın xarici mətbuata istinadən verdiyi məlumata görə, mühakimə prosesi bütünlüklə videolentə alınacaq.Məhkəmələrin rahat şəkildə izlənilməsi üçün məhkəmə zalından kənarda da televiziyalar yerləşdirilib. Hutu ordusuna mənsub 54 yaşındakı keçmiş hərbi kəşfiyyat şefi Paskal Simbikangva Paris Kriminal Məhkəməsində “soyqırım və insanlığa qarşı cinayət törətdiyi” iddiası ilə mühakimə olunmağa başlanılıb.

Qeyd edək ki, 1994-cü ildə prezident Yuvenal Habyarimananın qətlindən sonrakı təxminən 100 gün ərzində - 6 apreldən iyulun ortalarına qədər "Human Rights Watch" təşkilatının hesabatına əsasən ən azı 800 min nəfər öldürülüb. 1990-cı ildə əsasən tutsi qaçqınlarından təşkil olunmuş Ruanda Vətənpərvər Cəbhəsi (Rwandan Patriotic Front – RPF) adlandırılan üsyançı qrup Ruandanın şimal hissəsini işğal etmişdi.

Fransızdilli Afrika xalqları və Fransanın özü rərəfindən dəstəklənən xutu rejimi ilə Uqanda tərəfindən dəstəklənən RPF arasında baş vermiş Ruanda vətəndaş müharibəsi ölkədə etnik gərginliyi artıraraq xutu hakimiyyətini gücləndirmişdi. Xutu hakimiyyəti iddia edirdi ki, tutsilər xutuları qul etməyi nəzərdə tutur və bütün vasitələrlə onlarla mübarizə aparılmalıdır.

Tutsilərin üsyanları və qırğınları nəticəsində xeyli miqdarda xutunun evsiz-eşiksiz qalması da daxil olmaqla davam edən etnik qarşıdurmaya baxmayaraq, Yuvenal Habyarimana hökumətinə təzyiqlər 1993-cü ildə atəşkəslə və Aruşa Razılaşmasının həyata keçirilməsi ilə nəticələndi. 1994-cü ilin aprelində Habyarimananın qətli tutsilərin və sülhpərvər xutuların kütləvi qətlləri üçün bilavasitə səbəb oldu. Qətliamlar əsasən İnterahamve və İmpuzamuqambi siyasi partiyaları ilə assosiasiyada olan hutuların 2 qeyri-nizami ordusu tərəfindən həyata keçirilirdi. Soyqırım Akazu adlı xutu hakimiyyət qrupu tərəfindən yönləndirilirdi. Qətliamlar müharibənin qurtarmasını bildirən sülh razılaşmasının sonunu işarə etdi və tutsilərin Ruanda Vətənpərvər Cəbhəsi ordunu ağır şəkildə məğlub etməyə və ölkənin nəzarətini ələ keçirməyə başladı.

Paris Kriminal Məhkəməsində keçiriləcək məhkəmə prosesinə 3 fransız hakim başçılıq edəcək. Prosesdə altı fransızdan ibarət xalq münsif heyəti də iştirak edəcək.

P.Simbikangva 2008-ci ilin oktyabrında Mayotte şəhərində saxta pasportla tutulduqdan sonra Parisdə həbsxanada saxlanılır. Ona qarşı irəli sürülən bütün iddiaları rədd edən Simbikangvanı Ruanda rəhbərliyi də geri istəyir. Ancaq fransız hakimlər bu tələbi rədd edib.

Ruanda prezidenti tutsi mənşəli Paul Kaqame isə 2006-cı ildə Fransanı da soyqırıma dəstək verməkdə ittiham etmiş və iki ölkə arasındakı diplomatik əlaqələr tamamilə kəsilmişdi. P.Kaqame xüsusilə “Turkuaz” əməliyyatında Parisin xutulara silah yardımı etdiyini iddia edir.

Kaqamenin iddialarını Fransa tamamilə rədd edir. Ruandaya səfər edən keçmiş Fransa prezidenti Nikolas Sarkozi də üzr istəmədən “olanları görməmək səhv idi” demişdi. Ancaq münasibətlər hələ də düzəlməyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR