“Berkut” üzvləri separatçıların tərəfinə keçdi
Bizi izləyin

Dünya

“Berkut” üzvləri separatçıların tərəfinə keçdi

Ukraynada keçmiş “Berkut” mühafizə dəstəsi üzvlərinin bir qismi Luqanskda separatçıların tərəfinə keçib. Publika.az-ın UNİAN-a istinadən məlumatına görə, hazırda onlar atəşkəsin qorunması üçün Luqanskın küçələrində yerli özünümüdafiə qrupları ilə birgə könüllü patrul xidməti göstərirlər.

Yerli hüquq-mühafizə orqanlarının təmsilçiləri bu faktı təsdiqləyərək bildiriblər ki, 5 ay çəkən vətəndaş müharibəsi yerli güc strukturlarının işinin iflic olmasına gətirib çıxarıb. Polislər, eləcə də digər hüquq mühafizə işçiləri yaranmış qarşıdurma nəticəsində asayiş keşiyində dayanmaqdan imtina etməli olublar.

Belə şəraitdə Luqanskda hüquq-mühafizə xidməti sahəsində ciddi kadr çatışmazlığı yaranıb. Məsələn, təkcə Staniçno-Luqansk rayonunda 156 polis işçisindən hazırda cəmi 9-u qalıb. Bu səbəbdən “Berkut” və “Alfa” qruplarının keçmiş üzvlərinin xidmətindən imtina olunmayacaq.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm