Separatçılar Ukrayna məhsullarının idxalını qadağan edir
Bizi izləyin

Dünya

Separatçılar Ukrayna məhsullarının idxalını qadağan edir

“Luqansk Xalq Respublikası” separatçı qurumun döyüşçüləri Ukrayna məhsullarının Luqansk vilayətinə idxalını qadağan etmək istəyir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Kiyevdə keçirdiyi brifinqdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mətkəzinin nümayəndəsi Andrey Lısenko bildirib.

Onun sözlərinə görə, separatçı qurum Ukrayna məhsullarını Rusiya məhsulları ilə əvəz etməyi planlaşdırır. A.Lısenko Luqansk ərazisindəki mağazaların əksəriyyətinin işləmədiyini, yalnız kiçik mağazaların az miqdarda ərzaq məhsulları satdığını deyib.

“Bu mağazalar da əhalinin ərzaq məhsullarına olan tələbatı ödəməyə imkan vermir. Amma separatçılar Rusiya məhsullarını qəbul etməklə Ukraynanın başqa regionlarından gələn məhsulların idxalını qadağan etməyi planlaşdırırlar. Separatçılar Luqanska humanitar yardımın çatdırılmasına imkan vermirlər”, - A.Lısenko söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm