Gürcüstanda baş nazirlə prezident arasında qarşıdurma
Bizi izləyin

Dünya

Gürcüstanda baş nazirlə prezident arasında qarşıdurma

Son zamanlar Gürcüstanda ən çox müzakirə edilən məsələlrdən biri də prezident Georgi Marqvelaşvili və baş nazir İrakli Qaribaşvili arasında növbəti münaqişədir.

Publika.az-ın vestikavkaza.ru saytına istinadən verdiyi məlumata görə, ölkənin liderləri arasında qarşıdurmanın səbəbi Gürcüstanı sentyabr ayında keçiriləcək BMT-nin Baş Assambleyasında kimin təmsil etməsidir.

Bu çoxları hesab edirlər ki, bu prezident və baş nazirin arasında son münaqişə deyil. Gələcəkdə də dövlətin birinci şəxsləri arasında qarşıdurmanın yeni raundlarını gözləməyin lazım olduğu deyilir.

Gürcü politoloqu Nanu Devdariani hesab edir ki, xoşagəlməz hadisələr üçün məsuliyyət tamamilə prezidentin üzərinə düşür. “Çünki o, yaxşı bilirdi ki, hansı səlahiyyətlər daxilində prezidentliyə namizəd olur. İndi isə Marqvelaşvili sanki prezident seçildikdən demək olar ki, bir il sonra bütün səlahiyyətlərin baş nazirdə olduğunu bilib”, - politoloq deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm