Kameron: “Vəziyyəti dəyişmək artıq alınmayacaq”
Bizi izləyin

Dünya

Kameron: “Vəziyyəti dəyişmək artıq alınmayacaq”

“Böyük Britaniya cümə axşamı Şotlandiyada keçiriləcək referendumun nəticəsinə görə vahid dövlət kimi öz mövcudluğunu xilas edə bilər”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri Boyük Britaniya baş naziri Devid Kameron 18 sentyabrda Şotlandiyada keçiriləcək müstəqillik referendumu şərh edərkən deyib.

Baş naziri Şotlandiya sakinlərini ölkəni bölməməyə çağırıb: “Cümə günü insanlar yeni ölkədə oyana bilərlər. Hansı ki, tamamilə başqa bir gələcək olacaq. Şotlandiyalıların əksəriyyəti müstəqillik üçün səs verə bilərlər. Biz anlamağa məcburuq ki, geri yol olmayacaq, vəziyyəti dəyişmək artıq alınmayacaq. İnsanlar cümə günü yalnız özü və uşaqları üçün səs verməyəcəklər, həm də nəvələr və gələcək nəsilləri üçün səs verəcəklər”.

Baş nazir Şotlandiyanın Böyük Britaniyadan çıxışının əbədi olacağını deyərək xəbərdarlıq edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm