“ABŞ-la İranın İŞİD-ə qarşı ittifaqına mən icazə vermədim”
Bizi izləyin

Dünya

“ABŞ-la İranın İŞİD-ə qarşı ittifaqına mən icazə vermədim”

ABŞ İraq İslam Şam Dövləti (İŞİD) mövzusunda İrandan əməkdaşlıq tələbi etdi, ancaq mən buna qarşı çıxdım.

Axar.az Doğan Xəbər Agentliyi-nə istinadən xəbər verir ki, bu açıqlama ilə İranın Ali Dini lideri Ayətullah Xamneyi çıxış edib.

O, ABŞ-ın əllərinin kirli olduğunu bildirib:

“İŞİD İraqa gəlib çıxandan sonra ABŞ İraqdakı səfirliyi vasitəsi ilə İŞİD mövzusunda koordinasiyanın təmin edilməsi üçün İrandan görüş tələb edib. Səfirimiz bunu bizə bildirdi. Bizdəki bəzi səlahiyyətli şəxslər də buna qarşı çıxmadı. Fəqət mən buna qarşı çıxdım və bu mövzuda ABŞ-la birlikdə olmayacağımızı söylədim. Çünki əlləri kirlidir. Əli və niyyəti kirli olanlarla necə iş birliyinə girə bilərik?”

Ayətullah Xamneyi ABŞ-ın bəhanə axtardığını da qeyd edib:

“ABŞ necə Pakistandan icazə almadan bu ölkənin torpaqlarına girərək bombardman edirsə eynisini İraq və Suriyada da etmək istəyir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm