Piratlar gəmini batırdı: 500 ölü
Bizi izləyin

Dünya

Piratlar gəmini batırdı: 500 ölü

Ötən gün ərzində Aralıq dənizində miqrantları daşıyan daha bir gəmi batıb. Publika.az-ın məlumatına görə, qəza nəticəsində 500-dən çox miqrant gəmi ilə birlikdə sulara qərq olub.

Gəmidən cəmi 11 nəfər xilas ola bilib.500 nəfərdən çox adamın olduğu gəmi sentyabrın 6-da Misirin Dumyat şəhərinin limanından çıxıb. Suriya, Misir, Sudan və Fələstindən olan miqrantlar gəmi ilə Avropaya getməyə çalışıblar.

Beynəlxalq Miqrasiya Təşkilatı araşdırmaların nəticəsi olaraq, gəminin batma səbəbini açıqlayıb. Müvafiq açıqlamaya görə, Malta sahillərində piratlar gəmiyə hücum ediblər. Onlar təkidlə miqrantları gəmini tərk etməyə çağırıblar. Miqrantlar isə qəti şəkildə bundan imtina ediblər.

Belə olduqda piratlar miqrantlarla dolu olan gəmini deşiblər və gəmi batıb.

Batan gəmidən sağ qurtulmağı bacaran sərnişinlərin hazırda Siciliyada olduğu bildirilir. İtaliya polisi gəmi qəzası haqqında araşdırmaya başlayıb. Bu, həftə ərzində miqrantları daşıyarkən qəzaya uğrayan üçüncü gəmidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm