Ketrin Eşton: “Bu, beynəlxalq humanitar prinsiplərin pozulmasıdır”
Bizi izləyin

Dünya

Ketrin Eşton: “Bu, beynəlxalq humanitar prinsiplərin pozulmasıdır”

“Ukrayna ərazisinə ikinci humanitar yardım karvanı göndərən Rusiya bununla Ukraynanın müstəqilliyini pozub”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib.

“İstirahət günlərində Rusiyanın ikinci humanitar karvanı Ukrayna hakimiyyətinin razılığı olmadan ölkə ərazisinə daxil olub və sonradan buranı tərk edib. Bu fundamental beynəlxalq humanitar prinsiplər pozulmasıdır. Humanitar karvan prosedurların pozulması ilə sərhədi keçib. Avropa Birliyi Rusiya hakimiyyətinin hərəkətlərini qanunsuz, Ukrayna ərazi bütövlüyü və müstəqilliyinin pozuntusu hesab edir”, - K.Eştonun bəyanatında deyilir.

Qeyd edək ki, Rusiyanın ikinci humanitar karvanı 13 sentyabrda Ukrayna ərazisinə daxil olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm