NATO hərbçiləri Ukrayna sərhədlərində
Bizi izləyin

Dünya

NATO hərbçiləri Ukrayna sərhədlərində

Ukrayna silahlı qüvvələri NATO hərbi qruplaşmalarının iştirakı ilə növbəti hərbi təlimlərə başlayıblar. Ölkənin qərb sərhədləri hüdudlarında keçirilən təlimlərdə 15 NATO və qeyri-NATO ölkələrindən 1000-dən çox hərbçi iştirak edir.

Publika.az-ın UNİAN-a istinadən məlumatına görə, hərbi təlimlər Lvov şəhərində Polşa ilə sərhəd bölgələrdə keçirilir. Qarışıq döyüş taktikasının tətbiqi ilə gerçəkləşdirilən təlimlər 10 gün - sentyabr ayının 26-na qədər davam edəcək. Xatırladaq ki, bir müddət əvvəl keçirilməsi planlaşdırılar müvafiq təlimlər Ukraynada cərəyan edən döyüşlərlə əlaqədar təxirə salınmışdı.


Ukraynanın baş naziri Arseni Yatsenyuk isə bir qədər əvvəl Ukraynanın NATO-ya üzvlük məsələsini Ali Radada müzakirəyə çıxarmışdı. Yatsenyuk ölkənin NATO-ya üzv olması üçün lazımi tədbirlərin görülməsinə çalışacağını vurğulamışdı.

Ukraynanın ordu polkovniki Oleksandr Sivak hərbi təlimlər zamanı, əsasən, qarışıq döyüş taktikalarının aspektlərinə diqqət yetirəcəklərini bildirib. O qeyd edib ki, təlimlərdə hazırlıq keçən hərbçilərin təcrübəsindən Donbass regionunda terorçulara qarşı aparılan əməliyyatlarda, döyüş hazırlığının artırılmasında istifadə olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm