Medvedyev: "Rusiya demokratiyanı qoryacaq"
Bizi izləyin

Dünya

Medvedyev: "Rusiya demokratiyanı qoryacaq"

Rusiya rəhbərliyi ölkə iqtisadiyyatına tətbiq olunan sanksiyalara qarşı mübarizədə bütün mümkün vasitələrlə müxtəlif hökumət dairələrini, siyasi partiyaları birləşdirməyə səy göstərir.

Publika.az-ın "Associated Press"ə istinadən məlumatına görə, ötən gün Rusiyanın baş naziri Dmitri Medvedyev bu məqsədlə siyasi partiya liderlərini hakim Vahid Rusiya partiyasının baş qərargahında toplayıb. Medvedyev çıxışı zamanı qeyd edib ki, Qərb ölkələri Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq etməklə onun gücünü və iradəsini sınayır. Medvedyev Rusiyanın bu cür hədələrə boyun əyməyəcəyini deyib.

“Rusiya məsələnin həlli istiqamətində təklif olunan aldadıcı tədbirlərə inanmayacaq, ölkədə demokratiyanı qoruyacaq və bu prosesi daha da sürətləndirəcək” - deyə, Medvedyev bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm