ABŞ İŞİD-ə Bağdad yaxınlığında ilk zərbəni vurdu
Bizi izləyin

Dünya

ABŞ İŞİD-ə Bağdad yaxınlığında ilk zərbəni vurdu

Amerika aviasiyası Bağdad yaxınlığında “İslam dövləti” (İŞİD) terror qruplaşmasına ilk zərbələri vurub.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə NBC teklekanalı ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən bildirib.

Xəbərdə həmçinin bildirilir ki, ABŞ aviasiyası İŞİD-in Sincar dağı yaxınlığındakı mövqelərini də vurub.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama bir neçə gün əvvəl İŞİD-ə qarşı mübarizə strategiyasını açıqlayıb. Strategiya İŞİD mövqelərinə aviasiya zərbələrinin endirilməsi, İraq və Suriyanın mülayim müxalifətinə dəstəyin artırılması və İŞİD-ə maliyyə axınlarının kəsilməsindən ibarətdir.

Eyni zamanda, Obama amerikalıları inandırdı ki, ABŞ ordusu İraqa vuruşmağa qayıtmayacaq və hərbçilər quru əməliyyatlarında iştirak etməyəcəklər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm