Ərdoğan Gülənə səsləndi: “Gücün çatırsa Türkiyəyə gəl”
Bizi izləyin

Dünya

Ərdoğan Gülənə səsləndi: “Gücün çatırsa Türkiyəyə gəl”

Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan Almaniyaya səfərində ABŞ-ın Pensilvaniya ştatında yaşayan dini lideri Fəthullah Güləni növbəti dəfə tənqid atəşinə tutub.Publika.Az –ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, baş nazir Ərdoğan ad çəkmədən Güləni Türkiyədə siyasətlə məşğul olmağa çağırıb.

“Öz ölkəsini gedib başqa ölkələrdə qaralayan insanlarda vətən sevgisi, millət sevgisi ola bilərmi? Əgər edəcəyin bir şeyin varsa, gücün çatırsa bunu ölkəndə et”, - Ərdoğan söyləyib. Avropalı Türk Demokratlar Birliyi (UETD) tərəfindən təşkil edilən tədbirdə çıxış edən baş nazir 11 il boyunca dəfələrlə təxribatlarla üzləşdiyini ifadə edib:

“Keçən müddətdə nə qədər tələlərlə qarşılaşdıq. Nə qədər ssenari və təxribatlara məruz qaldıq. Dövlət çevrilişi ssenarilərini həyata keçirmək istədilər, amma müvəffəqiyyətsiz oldular. Partiyamızı bağlamaq istədilər, nəticə əldə edə bilmədilər. İqtisadiyyatı sarsıtmaq istədilər, yenə müvəffəqiyyətsiz oldular. İndi də eynisini etməyə çalışırlar. Gəzi Parkı hadisələrində sınadılar, amma olmadı. On yeddi dekabr çevriliş cəhdi ilə çoxlu sayda milli dəyərimizi hədəf aldılar, yenə də nəticə qazana bilmədilər”.

F.Gülənin millət vəkillərinə “istefa ver” təlimatını verməsinə toxunan baş nazir Türkiyə üzərində qurduqları çirkin ssenarinin dəqiq şəkildə göründüyünü deyib. “Amma keçdi o günlər. Türkiyədə demokratiya var, seçki qutusu var. Kimlərəsə “istefa ver” deyənlər çox uzaqda qalmasınlar, siyasətin yeri Türkiyədir. Gəlsinlər Türkiyəyə, siyasətlə Türkiyədə məşğul olsunlar”, - Ərdoğan Gülənin internetdə yayılan son səs qeydlərini xatırladıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm