Ermənistanda məhkum qadınların sayı artır
Bizi izləyin

Dünya

Ermənistanda məhkum qadınların sayı artır

Ermənistanda 2008-ci illə müqayisədə 2013-cü ildə mühakimə olunan qadınların sayı 41 faiz artıb.


Trend “Aykakan jamanak” qəzetinə istinadən məlumat verir ki, Ermənistan Milli Statistika Xidmətinin bu yaxınlarda dərc etdiyi rəsmi rəqəmlərə görə, 2013-cü ildə bu ölkədə 239 qadın azadlıqdan məhrum edilib ki, bu da 2012-ci ildəki göstəricidən 13 faiz çoxdur.


2008-ci illə müqayisədə 2013-cü ildə mühakimə olunan qadınların sayı 41 faiz artıb. Ötən beş il ərzində 2009-cu ildə məhkum qadınların sayı rekord səviyyəyə - 353 nəfərə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm