Suriya İsrailə hücum etdi
Bizi izləyin

Dünya

Suriya İsrailə hücum etdi

Suriya Qolan təpələrinə hava hücumu edib.

Publika.az xəbər verir ki, İsrail radiosunun xəbərinə görə, Suriyanın sərhəd bölgəsi Kunaytıradan İsrailin Qolan təpələrinə hava hücumu edilib.

Kunaytra bölgəsində Suriya qüvvələri ilə müxalif qruplar arasında şiddətli toqquşmaların baş verdiyi bildirilən xəbərdə mərmilərin boş ərazilərə düşdüyü deyilir. Nəticədə, hər hansı bir ziyan dəyməyib.

Hadisə ilə əlaqədar İsrail ordusu heç bir açıqlama verməyib.

Xatırladaq ki, son günlər Suriyanın Qolan təpələri sərhədindəki Kunaytra bölgəsində başda Əl-Nüsrə Cəbhəsi olmaqla bir neçə müxalif qruplarla Əsəd qüvvələri arasında tez-tez toqquşmalar baş verir.

Suriyanın cənub-qərbi, İsrailin isə şimal-şərqində yerləşən təpəlik bölgə zəngin su qaynaqları ilə tanınır. 1967-ci ildə Suriya, İordaniya və Misirdən ibarət Ərəb ittifaqı ilə İsrail arasında baş verən Altıgünlük müharibə nəticəsində bölgəni İsrail ələ keçirib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm