Rusiya Donbasda hərbi texnika və canlı qüvvə toplayır
Bizi izləyin

Dünya

Rusiya Donbasda hərbi texnika və canlı qüvvə toplayır

Rusiya Lisiçansk və Debaltsevo rayonlarına canlı qüvvə və hərbi texnika keçirir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

Hərbi ekspert həmçinin bildirib ki, Rusiya hərbi bölmələrinin Vollnovaxa rayonuna hərəkəti müşahidə olunur. Onun sözlərinə görə, Rusiya qoşunları Ukrayna qoşunlarının mövqelərini intensiv olaraq atəş altında saxlayır və diversiya-kəşfiyyat qruplarının fəaliyyətini aktivləşdirərək münaqişə zonasında gərginliyi saxlayır.

D.Tımçuk qeyd edib ki, separatçılar və Rusiya qoşunları antiterror güclərinin Donetsk aeroportunda yerləşən mövqelərinə fasiləsiz atəş açır. O, atəşin bir neçə nöqtədən edildiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm