• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Separatçılar Kiyevin “xüsusi status” təklifini qəbul edir

  • Dünya
  • 16 Sentyabr 2014 13:05
  • 515 Baxış
Separatçılar Kiyevin “xüsusi status” təklifini qəbul edir

“Donbas hövzəsi haqqında qanun bütovlükdə “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın mövqelərinə uyğundur”.

Publika.az-ın ria.ru saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Luqansk Xalq Respublikası” separatçı qurumun rəhbəri İqor Plotniskiy Ukrayna prezidenti Pyotr Poroşenkonun Donbas hövzəsinin “xüsusi status”u ilə bağlı Ali Radaya göndərdiyi qanun layihəsini şərh edərkən deyib.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Donetsk və Luqansk vilayətlərinə “xüsusi status” verilməsini təklif edir. “Xüsusi status” bölgədə rus dilinə dövlət dili statusunun verilməsi, amnistiyanın elan olunması və vilayətlərin ictimai-iqtisadi inkişafına üç il ərzində dəstək verilməsi nəzərdə tutulur. Sənəddə 9 noyabr 2014-cü ildə növbədənkənar yerli seçkilərin təyin edilməsi tövsiyə edilir.

Bu gün isə Ukrayna Ali Radasında antiterror əməliyyatları zonasında vəziyyət haqqında hesabat dinləniləcək və Donbasın “xüsusi status”u haqqında qanun layihəsinə baxılacaq.

İ.Plotniskiy “xüsusi status”la bağlı qanun layihəsində hələ də bəzi anlaşılmaz məqamların qalmasına baxmayaraq, böhranın sülh yolu ilə nizamlanmasında birinci şans olduğunu deyib.

Qeyd edək ki, Donbas hövzəsinin statusu separatçılarla Kiyev arasındakı danışıqlarda əsas məsələdir. Separatçıların liderləri bildirirlər ki, “xüsusi status” Donetsk və Luqansk vilayətlərinin bütün ərazisinə aid olmalıdır. Kiyev isə bildirir ki, “xüsusi status” hazırda separatçıların nəzarəti altında olan ərazilərə şamil olunacaq. Bir müddət əvvəl Ukrayna prezidenti Pyotr Poroşenkonun məsləhətçisi Yuri Lusenko qeyd edib ki, Donbas hövzəsinin yalnız üçdə birinə Ukraynanın tərkibində “xüsusi status” verilə bilər. O, “xüsusi status” veriləcək əraziyə mərkəzi hakimiyyət tərəfindən nəzarət edilən ərazinin daxil edilməyəcəyini vurğulayıb.

“Üçtərəfli əlaqə qrupu tərəfindən Milnskdə qəbul edilmiş protokolda aydın şəkildə bu göstərilib. Söhbət iki vilayətin xüsusi statusundan getmir. Orada aydın şəkildə yazılıb ki, vilayətlərin Ukrayna hakimiyyətinin nəzarətində olan hissələrindən söhbət getmiur”, - “Pyotr Poroşenkonun Bloku” Partiyasının lideri Yuri Lusenko deyib.

Amma digər bir problem ondadır ki, separatçıların özləri arasında da Kiyevin təklfi etdiyi “xüsusi status”a münasibət birmənalı deyil. Separatçıların bir hissəsi bildirir ki, Ukraynanın tərkibində “xusisi status” onlar üçün maraqlı deyil və onlara müstəqillik lazımdır.

P.Poroşenko antiterror əməliyyatları zonasında üç il ərzində özünüidarə sisteminin yaradılmasını təklif edir. Prezidentin fikrincə, bu vaxt ərzində hökumət demərkəzləşdirmə məsələlərini həyata keçirəcək və bu konstitusiyaya dəyişikliklərin də predmeti olmalıdır.

P.Poroşenko daha əvvəl qeyd edib ki, bu addımlar Ukraynanın ərazi bütövlüyünə riayət etməklə atılmalıdır. Xarici siyasətə və dövlətin müdafiəsinə aid olan əsas məsələlər mərkəzi hakimiyyət orqanlarının səlahiyyətində qalacaq.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR