Kreml Ukraynanın nüvə silahı təhdidinə cavab verdi
Bizi izləyin

Dünya

Kreml Ukraynanın nüvə silahı təhdidinə cavab verdi

“Nüvə Silahının Yayılmaması barədə Müqavilənin dövlət-iştirakçısı kimi Ukraynanın nüvəsiz statusuna yenidən baxıla bilməz”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukrayna müdafiə naziri Valeri Qeleteyin bəyanatını şərh edərkən deyib.

Xatırladaq ki, Ukrayna müdafiə naziri ölkəsinin nüvə statusunun bərpası haqqında 14 sentyabrda bəyanat verib. Onun sözlərinə görə, indiki silahlı münaqişədə Qərbin dəstəyini ala bilməsələr, Ukrayna nüvə silahına malik ölkə statusumuzu bərpa etməli olacaq. O qeyd edib ki, Ukraynanın şərqinin terrorçulardan təmizlənməsi əməliyyatı artıq başa çatıb və indi Kiyev Rusiyadan müdafiə sistemini qurmalıdır.

Rusiya xarici işlər nazirinin müavini Ukraynanın indiki nüvəsiz statusuna yenidən baxılması haqqında istənilən danışıqların Moskva üçün qəbuledilməz olduğunu bildirib.

Qeyd edək ki, Ukrayna sabiq SSRİ-dən qalmış nüvə silahından Sovetlər Birliyi dağılandan sonra imtina edib.
1994-cü ildə Budapeştdə imzalanmış bəyannaməyə uyğun olaraq Ukrayna bunun müqabilində ABŞ, Rusiya və Britaniyadan təhlükəsizlik təminatı alıb.

Ukrayna bundan sonra Nüvə Silahının Yayılmaması barədə Müqaviləyə qoşulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm