Üçüncü dünya müharibəsi bu istiqamətlərdən başlayacaq – Sensasion proqnoz
Bizi izləyin

Dünya

Üçüncü dünya müharibəsi bu istiqamətlərdən başlayacaq – Sensasion proqnoz

Polşanın niezalezna.pl xəbər portalı Rusiyanın dünya hökmranlığı ilə bağlı planları haqqında məşhur amerikalı politoloq Yuri Felştinskinin məqaləsindən bəzi hissələri dərc edib.

Publika.az-ın verdiyi xəbərə görə, məqalə “Rusiya üçüncü dünya müharibəsinə hazırdır: Krım və Şərqi Prussiyadan hücum” adlanır.

“Dünya müharibəsinə hazırlıq çərçivəsində Rusiya ordusunun gələcək hücum əməliyyatları üçün iki yer yaradır: cənubda Krım, qərbdə isə Şərqi Prussiya”, - məşhur “Federal Təhlükəsizlik Xidməti Rusiyanı partladır” kitabının həmmüəllifi dosent Yuri Felştinski yazır.

Onun sözlərinə görə, yeni bir dünya müharibəsi qaçılmazdır: “Artıq Rusiya və Ukrayna arasında müharibə gedir. Bu, dünyanın qalan hissəsi üçün müharibə öncəsi dövrdür. Əlbəttə, dünya müharibəsinın qarşısının alınması üçün imkan var. Və belə imkan həmişə var. Tarix boyu xeyli sayda müharibənin qarşısı alınıb. Amma Rusiyanın atdığı addımlar dünyanı böyük müharibəyə aparır. Yalnız Krım və ya Donbas hövzəsindən, habelə yalnız Ukraynadan söhbət getmir. Bütün Avropadan söhbət gedir. Hərbi təlimlər Rusiyanın bütün sərhəd bölgələrində keçirilir. Kuril adalarından Şərqi Prussiyaya, Qara dənizdən Baltik dənizinə qədər. Birtərəfli qayda ilə ikitərəfli hərbi-texniki razılaşmalar ləğv edilir. Məsələn, 5 may 2014-cü il tarixində Ukraynanın şərqindəki toqquşmaların səs-küyü altında rus hökuməti birtərəfli qaydada Litva ilə 2001-ci ildə imzalanmış etibar və təhlükəsizliyin möhkəmləndirilməsi haqqında ikitərəfli razılaşmanı ləğv etdi. Rusiya tərəfi bu razılaşma çərçivəsində Şərqi Prussiyada yerləşdirilən hərbi güclər haqqında Litvanı məlumatlandırmalı və Litva tərəfi ilə hərbi güclərin birgə yoxlanmasını həyata keçirməli idi. Litva razılaşmanın bütün şərtlərinə tərəfdar idi və ləğvi üçün heç bir əsas görmürdü”.

Amerikalı politoloq “Rusiyanın bu addımı qarşılıqlı etibarın və Avropada təhlükəsizlik sisteminin dağıdılmasına yönəlik daha bir addım sayıla bilər” deyən Litva Müdafiə Nazirliyinin rəsmi bəyanatını xatırladır.

“Biz Rusiyanın ən uzaq Qərb nöqtəsi - Keniqsberq haqqında danışırıq. İndi bunu Krımda güclü hərbi müharibə meydanının yaradılması barədə Putinin son çıxışı ilə birləşdirəcəksiniz və anlayacaqsınız ki, rus ordusunun gələcək hücum əməliyyatları üçün iki müharibə meydanının yaradılmasından söhbət gedir: cənubda Krım və qərbdə Şərqi Prussiyada. Buraya Ukrayna ilə sərhəddəki rus qoşunlarının konsentrasiyasını əlavə edin. Həmçinin Belarusla birgə hərbi təlimlər keçirilir, ehtiyatda olanlar yay təlimlərinə çağırılır, Silahlı Qüvvələrə ayrılan vəsaitin artırılması barədə yüksək səviyyəli rəsmi bəyanatlar verilir. Siz həmçinin təlxək Jirinovskinin fitnəkar ritorikasına fikir verin və anlayacaqsınız ki, bütün bunlar Rusiyanın dünya müharibəsinə hazırlığını göstərir”.

Amerikalı politoloq qeyd edir ki, son vaxtlar rus strateji bombardmançıları yenidən NATO ölkələrinin hava sərhədlərini pozmağa və NATO təyyarələrinin arxasına düşməyə başlayıb. “Bu hətta Brejnevin vaxtlarında belə baş vermirdi”, - o qeyd edib.

“Yalnız Ukrayna ilə deyil, bütün dünya ilə müharibəyə hazırlıq gedir. Ukrayna bu müharibənin birinci cəbhəsi oldu”, - sonda Yuri Felştinski bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm