Mağarada yaşayan insanlar – FOTOLAR
Bizi izləyin

Dünya

Mağarada yaşayan insanlar – FOTOLAR

Çin Xalq Respublikasında təxminən 30 milyon insan mağaralarda yaşayır.

Belə qeyri-adi yaşayış məskəni ilk baxışda insan üçün rahat yaşayış yeri sayılmaya bilər. Əslində isə, çox rahatdır.

Əvvəla, təbiətlə harmoniyada olursan. İkinci bir tərəfdən, mağaraların yerləşdiyi Şensi vilayətindəki dağların süxur qatı unikaldır. Mağaraların sarı rəngdə olan süxuru çox yumşaqdır. Bəziləri mağaranın içini kərpiclə hörərək ondan çoxotaqlı mənzil kimi istifadə edir. Mağaraların təbii quruluşu elədir ki, qışda isti, yayda isə soyuq olur.

Mağaradakı mənzillərə elektrik enerjisi və su borusu çəkilib.

Ekoloji mənzillər indi Çində populyardır. Mağarada mənzil tapmaq elə də ucuz başa gəlmir. 70 kvadratmetrlik mənzilin qiyməti hardasa 50 min dollar civarındadır.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm