“Boşanma” proseduru, bakirəlik “testi, “qanuni” zorlama… - Şok faktlar
Bizi izləyin

Dünya

“Boşanma” proseduru, bakirəlik “testi, “qanuni” zorlama… - Şok faktlar

Suriyada və İraqda xilafət elan edən İŞİD silahlılarının əsirlərə qarşı törətdiyi vəhşiliklər artıq adi hal almağa başlayıb. Dünya mətbuatı, demək olar ki, hər gün xarici jurnalistlər və humanitar təşkilatların əməkdaşlarının edam olunması barədə yazırlar. Amma “İslam Dövləti”nin fəaliyyətinin bir başqa aspekti var.

Publika.az-ın verdiyi xəbərə görə, İngiltərənin “Christian Today” İŞİD-in fəaliyyətinin məhz bu aspekti haqqında yazı dərc edib.

Söhbət terror qruplaşmasının nəzarət etdiyi ərazilərdə təşkil olunan seks-qulları bazarlarından gedir. Məqalə müəllifinin məlumatına görə, bazarlara qadınlar və qızlar çıxarılır, onlar sürətli şəkildə qanuni ərlərdən “boşanma” prosedurları keçir, bakirəlik “testləri”ndən keçir, ailə statusundan asılı olaraq qadınların geyiminə müxtəlif rənglə damğalar vurulur. Bakirəlik “testi” isə onun üçün lazımdır ki, onlar daha baha qiymətə satılır. Seks-qul bazarlarında həmçinin qadınların ictimai satışı həyata keçirilir, onlarla tələsik “nikah” bağlanılır ki, alıcılar qadını “qanuni” şəkildə zorlaya bilsin. Bu bazarlarda yalnız qızları və qadınları deyil, həm də uşaqları satırlar.

Ərəb mətbuatı müxtəlif mənbələrə əsasən yazır ki, Mosul bazarında 700 qadın, hər biri isə orta hesabla 150 dollara satılıb. “Al-Sharqia” ərəb kanalının məlumatına görə, yaxşı niyyətin jesti olaraq bir ərəb biznesmeni 45 yezidi 30 min dollara alaraq azadlığa buraxıb.

Britaniya qəzetləri yazır ki, İŞİD-in xüsusi qadın briqadasının başında Böyük Britaniya vətəndaşları dayanır və onlar xüsusi qəddarlıqla musəlmanlar üçün etnik fahişəxanalar şəbəkəsini təşkil edib. İŞİD-in fahişəxanalarına yalnız son bir ay ərzində İraqın şimalından 3 min yezidi qadın düşüb. İraq və Suriyaya Britaniya vətəndaşlığı ilə 60 müsəlman yola düşüb. Radikallaşmanın Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (International Centre for the Study of Radicalisation) 25 bu cür britaniyalı haqqında məlumat bazası toplayıb. Lakin bütün britaniyalılar İraq və Suriyaya fahişəxanalar təşkil etməyə getmirlər. Avropanın bir çox müsəlmanları “Twitter”, “Facebook” və başqa sosial şəbəkələr vasitəsilə İŞİD üzvləri ilə əlaqə saxlayır və onlara ərə gedirlər. Məsələn, Radikallaşmanın Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz hollandiyalı cihadçılardan birinin sosial şəbəkə səhifəsini təhlil edib və məlum olub ki, o, İŞİD sıralarında olduğu vaxt evlənməık barədə nə az, nə çox - düz 10 000 təklif alıb.

“Christian Today” həmçinin pornoqrafiyanın da cihadçılar üçün yad olmadığını bildirir. Amerikalıların bəyanatlarına görə, hələ 2011-ci ildə Pakistanda “Əl-Qaidə”nin keçmiş lideri Üsama Ben Ladenin gizləndiyi bir villada pornoqrafik filmlər tapılıb. Lakin amerikalılar bu filmlərə Üsama Ben Ladenin özü, ya da villada qalan yaxın ətrafının baxdığını dəqiq bilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm