Avropa Parlamenti və Ali Radadan Moskvaya “soyuq duş”
Bizi izləyin

Dünya

Avropa Parlamenti və Ali Radadan Moskvaya “soyuq duş”

Ukrayna Ali Radası Avropa Birliyi ilə imzalanan assosiasiya haqqında razılaşmanı təsdiqləyib.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ali Radanın iclasında Ukrayna prezidenti Pyotr Poroşenko, baş nazir Arseniy Yasenyuk və hökumət üzvləri iştitak edib.

Razılaşmanın təsdiqinə iclasda iştirak edən 381 deputatdan 355-i səs verib. Assosiasiya haqqında razılaşmanı Ukrayna Ali Radası ilə eyni vaxtda Avropa Parlamenti də təsdiqləyib. Avropa Parlamentinin 535 deputatı razılaşmanın təsdiqini səs verib, 127-si isə əleyhinə olub.

Ali Radanın təsdiqindən sonra P. Poroşenko və Ali Rada sədri Aleksandr Turçinov assosiasiya haqqında razılaşmanı imzalayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm